Rəqqasə Fatimə: “Peşman deyiləm”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 671
Səs ver:
(səs: 1)
Rəqqasə Fatimə Fətəliyeva yaradıcılıq işlərini davam etdirir.
Qadınlar.biz-in açıqlamasında deyib ki, şou-biznes nümayəndələri istirahətdə olanda o, yaradıcılıqla məşğul olub:
"Bir çox şou əhli istirahət etdiyi zaman yaradıcılıq işləri ilə məşğul idim. Bunun nəticəsində də yeni mövsümə "Qafqaz bloku” rəqsi ilə başladım. Düşünürəm ki, yaxşı da alındı. Çünki bu günə qədər bu rəqsi Azərbaycanda oynayan olmamışdı. Bu yay kifayət qədər istirahət etmədim. Tələbələrimlə məşğul oldum. Buna görə peşman deyiləm. Çünki tələbələrimə yeni rəqs, hərəkətlər öyrədəndə bundan zövq alıram. Zamanında mən də müəllimlərimdən rəqsin sirlərini öyrənmişəm. Çox şükür ki, müəllimlərimdən öyrəndiklərimi  tələbələrimə də öyrədə bilirəm”.
Rəqqasə noyabrda Hindistan və Türkiyədə keçiriləcək festivallardakı iştirakından da danışıb:
"Hər iki festivalda təqdim edəcəyim rəqslərin hazırlığına başlamışam. Əsas diqqətimi də məhz həmin müsabiqəyə yönəltmişəm. Allahın köməyi ilə Azərbaycana yaxşı nəticə ilə dönəcəyimə inanıram”.
Qeyd edək ki, F.Fətəliyeva noyabrın ilk həftəsində Hindistanda, ikinci həftəsində isə Türkiyənin Mersin şəhərində keçirilən festivalda iştirak edəcək.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 671
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri