Aygün Kazımovanın qardaşına 12 il iş istənildi

Müəllif: Antikvar
Şərhlər: 6
Baxılıb: 4 534
Səs ver:
(səs: 0)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Aygün Kazımovanın qardaşı Kazım Kazımov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Qadinlar.biz teleqraf.com-a istinadən xəbər verir ki, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Kazım Kazımovun 12 il, Yaqub Kiyasovun 11 il, Olqa Polkovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Məhkəmə sentyabrın 30-da davam edəcək. 

Qeyd edək ki, "Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin direktor müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Polkovanın bundan əvvəl də cinayət işi olub. Belə ki, onlar vətəndaşları aldadaraq xeyli miqdarda pul mənimsəməkdə ittiham olunublar. Əvvəlki cinayət işində 57 zərərçəkmiş şəxs istintaq tərəfindən tanınıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K. Kazımzadə 10 il, Y. Kiyasov 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Azadlıqda olan O. Polkova isə məhkəmə zalında həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən E. Əkbərov barəsində isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. O, 3 ili sınaq müddəti olmaqla, 7 il şərti olaraq azadlıqdan məhrum edilib. Yeni cinayət işində 100-dən çox zərərçəkmiş şəxs var.

Kazım Kazımov Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşıdır.
 

 

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 534
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri