Hind iştirakçılardan Oksanaya sərt sözlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 602
Səs ver:
(səs: 0)
Hazırda Hindistanın məşhur "İndias Best Cine Star Ki Khoj” yarışmasında iştirak edən rəqqasə Oksana Rəsulovaya qarşı digər iştirakçılar narazılıqlarını bildiriblər.

Qadınlar.Biz-in məlumatına görə, onlar sənətçinin istedadının olmadığını və hər həftə gözəlliyinə görə toxunulmaz qaldığını deyiblər. Bu haqda sosial şəbəkədə rəqqasə özü yazıb:

"Bu şouda artıq 7 həftədir ən çox sms səsi olan iştirakçı seçilirəm. Digər iştirakçılar müsahibələrində bildiriblər ki, "biz Oksananın indiyə kimi super performansını görməmişik. Hind dili də çox zəifdir. Tamaşaçılar tərəfindən bu şouda toxunulmaz edilir, buna da gözəlliyi ilə nail olur”.

Rəqqasənin bütün bunlara cavabı isə belə olub:

"Kim mənim barəmdə nə deyirsə, qoy danışmağa davam etsin. Onların söylədikləri heç bir məna daşımır. Mənim üçün münsiflərin dedikləri əhəmiyyətlidir. Dostlar, məni səslərinizlə sonuncu həftədə qalib edin. O həmin paxıl iştirakçılar bilsinlər ki, Azərbaycanım mənimlədir. Var olun!”.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 602
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri