Metro istifadəçiləri bunu unutsun

Müəllif: Gulu-Qezi
Şərhlər:
Baxılıb: 1010
Paylaş:
Səs ver:
(səs: 0)
Məsələ hələ 2011-ci ildən müzakirə olunsa da...
Bakı metropoliteninin xidmətlərindən hər gün yüz minlərlə şəhər sakini istifadə edir. Onların arasında qatarda olarkən mobil telefon vasitəsilə internetə qoşulmaq istəyənlər də var.
Amma metroda mobil telefonların 3G internetində problemləm yaranır. İnternet yalnız stansiyalarda "tutur", tunellərdə isə ümumiyyətlə, yoxa çıxır. Bir müddət əvvəl Bakı metropoliteinində pulsuz Wi-Fi xidmətinin istifadəyə veriləcəyi deyilirdi. Fəqət, sonradan bu layihə nədənsə unuduldu.
Mobil internetin real və effektiv alternativi sayılan Wi-Fi-ın tətbiqi "çox müşkül prosesi" kimi qələmə verilir.
Halbuki, dünya ölkələrindəki metrpolitenlərin total əksəriyyətində belə servis çoxdan işə salınıb.
Bakıda metroda pulsuz internet məsələsi 2011-ci ildən müzakirə olunur. Hətta "Koroğlu" stansiyasında pulsuz Wi-Fi olacağı da deyilirdi.
Amma olmadı.
Bakı metrpoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev əməkdaşımızla söhbətində deyib: "Metroda Wi-Fi məsələsi ilə bağlı müzakirələr aparılmır. Çünki hələlik bizimçün prioritet məsələ deyil. İndi metroda ən qabaqcıl texnologiyaların tətbiqini düşünürük. Məsələn, ödəniş aparatlarının yenilənməsi və ya turniketlərin daha müasir proqram təminatı ilə təchizatını düşünürük".
Beləliklə, Bakı metrosunda bu il də pulsuz internet olmayacaq.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1010
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook