Toy haqqında qanun hazırlanır

Müəllif: S_E_M_A
Şərhlər:
Baxılıb: 1486
Paylaş:
Səs ver:
(səs: 0)
Azərbaycanda toy məclislərinin keçirilməsi qaydaları ilə bağlı Milli Məclisdə qanun layihəsi hazırlanacaq.
Qadınlar.biz Trend.az-a istinadən trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.
M.Qurbanlı hesab edir ki, Azərbaycanda xalq özü toy qaydalarına da böyük düzəliş edəcək, lakin bu sahədə qanunların tətbiqi də mümkündür:
"Bunu necə etmək olar? Birincisi, toy məclislərində səsgücləndiricilərlə yayılan səsin hüdudu müəyyənləşdirilməlidir. İkincisi, restoran və şadlıq evlərində toy məclisləri üçün menyu olmalıdır. Toy sahibi istəsə, yeməkləri həmin menyu ilə, istəməsə başqa yeməkləri sifariş edə bilər. Üçüncüsü, bütün şadlıq evləri ekologiyanı pozur.
Onların bişirdikləri kababın tüstüsü ətraf mühitdə böyük ekoloji çətinliklər yaradır. Bu və digər məsələlərə nəzarət edilməlidir. Hazırda Milli Məclisdəki dostlarımız bu məsələnin üzərində işləyirlər və bununla əlaqədar qanun layihəsi hazırlayacaqlar. Artıq toy məclislərinin qanunla tənzimlənməsi sosial tələbata çevrilib”.
Qeyd edək ki, Mübariz Qurbanlı ardıcıl dörd çağırış Milli Məclisin üzvü olub. Azərbaycan Prezidenti İlham Əliyevin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə isə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1486
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook