Bakı metrosunda manyak: əxlaqsızlığın yeni üsulu

Müəllif: Antikvar
Şərhlər: 10
Baxılıb: 3 111
Səs ver:
(səs: 1)
Bakıda qadınların intim yerlərinə baxan kişi peyda olub. Qadinlar.biz-ın məlumatına görə, bu barədə sosial şəbəkədə manyakla rastlaşan xanım yazıb.

Arzu adlı xanım yazır ki, uşağını 27 saylı orta məktəbə qoyub geri qayıdarkən metroda gördüyü hadisədən dəhşətə gəlib.

"Metronun "28 may" stansiyasının eskalatorunda düşərkən təxminən dizindən olan yubka geyinmiş 40-45 yaşlı qadın qalxırdı. Onun arxasında isə 50 yaşında kişi dayanmışdı. Həmin kişi əlindəki yük bağlamasını qadının ayaqları arasına itələdi. Sonra isə tez-tez əyilib yükü eşələyirdi. İlk olaraq onun niyə belə hərəkət etdiyini anlamadım. Amma şübhəli hərəkətləri diqqətimi cəlb etdi. Yaxınlaşanda gördüm ki, bağlamanın üstünə güzgü yapışdırıb və güzgü vasitəsilə qadının yubkasının altına baxır. Özümü saxlaya bilməyib həmin kişini nalayiq söyşlərlə söydüm. Onu söyəndə isə heç nə olmamış kimi qulağına telefonu tutaraq yalandan danışmağa başladı. Qadınlara məsləhət görərdim ki, bu barədə məlumatı hamı ilə bölüşsünlər və şəhərdə diqqətli olsunlar”, - deyə manyakla üz-üzə gələn xanım yazır.
 
 
Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsindən onlarda belə bir fakt və Heç bir şikayət daxil olmadığını bildirdilər
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3 111
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri