Röyanın məmur oğlu ilə sevgili olması xəbərinə - reaksiya

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 7 873
Səs ver:
(səs: 1)
Müğənni Röyanın məmur oğlu ilə eşq macərası yaşaması haqda mətbuatda çıxan xəbərlərə qarşı tərəf münasibət bildirib.

Qadınlar.Biz-in məlumatına görə, sənətçinin mətbuat katibi Türkan Məmmədli yazılanlarla bağlı bunları deyib:

"Yayılan məlumatın həqiqətlə heç bir əlaqəsi yoxdur. Əslində Röya da, biz də bu cur şayiələrə öyrəşmişik. Röyanın atdığı ən xırda addım xəbər olur. Onun haqda hətta ailəli olduğu vaxtlar da bu cür həqiqətə uyğun olmayan söz-söhbətlər yayılırdı. İndiki zamanda belə şayiələrin yayılması təəccüblü deyil. Bəli, Röya həyat yoldaşından ayrılıb. Amma buna hər hansı eşq macərası səbəb olmayıb. Münasibətlərinə son qoymaqlarına sırf ailə daxili münasibətlər səbəb olub. Röya ilə həyat yoldaşı nikahlarını sivil qaydada pozublar. Aralarında qarşılıqlı hörmət bu gün də davam edir. Bu xəbər doğru deyil. Yalnız Marmarislə bağlı hissəsində həqiqət payı var. Röya sözügedən şəhərə gedib,  amma oraya sənət dostu Zamiq Hüseynovla yollanıb. Özüdə şəxsi deyil, ümumi şərnişin təyyarəsi ilə…”.

Qeyd edək ki, bu gün müğənni Röyanın məmur oğlu ilə eşq macərası yaşadığı haqda xəbər yayıb. Məlumatda bildirilir ki, həyat yoldaşı Anar Cəlilovdan ayrılan Röya artıq özünə yeni sevgili tapıb:

"Hətta yeni cütlüyün tez-tez ölkə xaricinə istirahətə yollandığı ilə bağlı məlumatlar yayılıb. Əldə etdiyimiz məlumata görə, Marmarisdə yerləşən tanınmış otellərdən birinə istirahətə gedən cütlüyü bu səfərə xüsusi təyyarə aparıb.
Sənətçinin yeni sevgilisinin yüksək vəzifəli məmur ailəsinə mənsub olduğu və ailənin bu münasibətdən xəbərdar olmadıqları bildirilir. Əks halda konservativ dəyərlərə malik məmurun oğlunun bu münasibətinə qarşı çıxacağı qeyd olunur. Böyük imkanlara malik yeni sevgilinin Röyaya bahalı villalar, maşınlar hədiyyə etdiyi də deyilir. Verilən məlumata görə, yaxın ətrafı dindar iş adamlarından ibarət olan məmur oğlu ifaçıya qadağalar qoyur. Hətta Röya getdiyi tədbirlərə görə ondan icazə alır”.
(səs: 1)
Şərhlər: 13
Baxılıb: 7 873
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri