Xatirə: "Mən qısa geyinən kimi namus damarlarınız qıc olur"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 6 880
Səs ver:
(səs: 4)
Müğənni Xatirə İslam sosial şəbəkə istifadəçilərinə etirazını bildirib.

Qadınlar.Biz-in məlumatına görə, sevilən müğənni Xatirə İslam iştirak etdiyi son tədbirlərdən birində çəkilən qısa videoları və şəkilləri paylaşıb. Tədbirdə çıxışı zamanı müğənni muğam da ifa edib. Lakin sosial şəbəkə istifadəçilərinin diqqətini çəkən onun qısa ətəkdə muğam oxuması olub.

Sosial şəbəkə istifadəçiləri paylaşılan həmin məzmunların altında, "muğamla geyiminiz heç uyğun gəlmir”, "muğam ciddi geyimdə oxunmalıdır”, "bu ətəkdir, yoxsa köynək?” və s. bu kimi aqressiv rəylər yazıblar.

Müğənni isə bütün yazılanlara bu cür cavab verib:

"Mənim paltarımın qısalığı haqqında yazan insancıqlar, tək mənəmmi qısa ətək geyinən? Qısa geyinənlərə yaltaqlanıb deyirsiniz: "aaa, super”. Mən qısa geyinən kimi namus damarlarınız qıc olur. Əcəb edirəm”.
(Anspress)
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 6 880
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri