Röya başqa birinə aşıq olduğu üçün evliliyinə son qoydu

Şərhlər:
Baxılıb: 2026
Paylaş:
Səs ver:
(səs: 1)
Azərbaycanın məşhur pop müğənnisi Röya Ayxanın özünə yeni sevgili tapdığı haqda xəbərlər yayılıb.

Qadınlar.Biz xəbər verir ki, bu barədə olduqca ilginc məlumatlar daxil olub.
Məlumata görə, bir müddət öncə həyat yoldaşı, iş adamı Anar Cəlilovla boşandıqları haqda xəbərlər yayılan ifaçının bu ayrılığı səbəbsiz deyilmiş, sənətçinin başqa birinə aşıq olduğu üçün evliliyinə son qoyduğu deyilir.

Bildiyiniz kimi, Azərbaycanda "Çuda peçka” mağazalar şəbəkəsi ilə tanınan ailə oğlanları Anarın Röya ilə evliliyinə qarşı çıxsa da, Anar ailəsindən imtina edərək ifaçı ilə evlənmişdi. Qalmaqallı prosesdən sonra məşhur iş adamının oğlu ilə ailə quran Röyanın bu evlilikdən bir oğlu var.

Xoşbəxt ailə tablosu yaradan cütlüyün evliliyi uzun çəkmədi. Onların ayrılıq səbəbi açıqlanmasa da, Röyanın artıq özünə yeni sevgili tapdığı iddia olunur. Hətta yeni cütlüyün tez-tez ölkə xaricinə istirahətə yollandığı ilə bağlı məlumatlar yayılıb. Əldə etdiyimiz məlumata görə, Marmarisdə yerləşən tanınmış otellərdən birinə istirahətə gedən cütlüyü bu səfərə xüsusi təyyarə aparıb.

Sənətçinin yeni sevgilisinin yüksək vəzifəli məmur ailəsinə mənsub olduğu və ailənin bu münasibətdən xəbərdar olmadıqları bildirilir. Əks halda konservativ dəyərlərə malik məmurun oğlunun bu münasibətinə qarşı çıxacağı qeyd olunur. Böyük imkanlara malik yeni sevgilinin Röyaya bahalı villalar, maşınlar hədiyyə etdiyi də deyilir. Verilən məlumata görə, yaxın ətrafı dindar iş adamlarından ibarət olan məmur oğlu ifaçıya qadağalar qoyur. Hətta Röya getdiyi tədbirlərə görə ondan icazə alır.
Qeyd edək ki, məmur oğlunun kimliyi bizə məlum olsa da, müəyyən səbəblərdən adını açıqlamağı məqsədəuyğun saymırq. Həmin şəxsin kimliyinin yaxın günlərdə mediada açıqlanacağı isə şübhə doğurmur.

Yayılan məlumatla bağlı Röyanın mövqeyini dərc etməyə hazırıq.

loading...
(səs: 1)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook