Bakıda evdən qaçan məktəbli qızın DƏHŞƏTLİ SONU

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 7 447
Səs ver:
(səs: 4)
Bu gün Bakıda baş vermiş dəhşətli intihar hadisəsinin təfərrüatı məlum olub. Nizami rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, ötən həftə 15 yaşlı Hacıyeva Qəmər Gülağa qızı evdən qaçıb. Q.Hacıyeva itkin düşmüş kimi axtarışda olub. Sentyabrın 28-dən 29-na keçən gecə, 24-cü polis bölməsinin əməkdaşları qızı tapıb. Polis əməkdaşları Q.Hacıyevanı çətinliklə anasına təhvil veriblər. Q.Hacıyeva evə qayıtmaq istəməyib.

Bildirilir ki, qızla anasının münasibətləri qaydasında olmayıb. İntiharın baş verdiyi vaxt evdə onun anası və dayısı olub. Polislər qızı evə gətirdikdən sonra, o öz otağında qapanıb və səhər saatlarında özünü 6-cı mərtəbədən atıb.
Q.Hacıyevanın atası yoxdur. O, ailədə yeganə uşaq olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 

 

 
 
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 7 447
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri