Azərbaycanda nişanlanan eynicinslilər ölkəni tərk edir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 867
Səs ver:
(səs: 1)
"Cütlüyün” mətbuatda da təqib olunduğu bildirilib
Azərbaycanda nişanlanan eynicinslilər - homoseksual "cütlük” ölkəni tərk etməyə çalışırlar.

Gecce.az xəbər verir ki, diplomatik mənbələrdən AzNews.az-a daxil olan məlumata görə, Kooperasiya Universitetinin tələbəsi, 19 yaşlı A. oğlu "nişanlısı” 25 yaşlı Cavid Nazim oğlu Nəbiyevlə birlikdə Türkiyə, Almaniya və Norveç səfirliyinə sığınacaq müraciət edib.

"Cütlüyün” yaxınları qohumlarının həyatları üçün təhlükə olduğunu bildiriblər və qeyd ediblər ki, hüquq-mühafizə orqanları onların təhlükəsizliyinə təminat vermir. "Cütlüyün” mətbuatda da təqib olunduğu bildirilib.

Onlar xüsusən ANS televiziyasının homoseksualların forumundan gizli çəkiliş aparmasını və bu barədə informasiya yayaraq onlar üçün təhlükə yaratdığını bildiriblər.

"Cütlük” Azərbaycanda gey və lezbiyanların müdafiəsinin mexanizminin olmadığını, eynicinslilərə evlənmə imkanının yaradılmadığını bildirir və Beynəlxalq Lezbiyan, Gay, Biseksual, Trans və İnterseks Assosiyasının(The International Lesbian, Gay, Bisexual, Trans and Intersex Association – ILGA) Nəfəs LGBT Azərbaycan Alyansının qeydiyyatını tələb edirlər.

Qeyd edək ki, daha çox "Atilla Cavid” kimi tanın Cavid Nəbiyev cinsi azlıqların nümayəndələri tərəfindən təsis edilən "Nəfəs" təşkilatının təsisçilərindən biridir.

Mənbənin bildirdiyinə görə, A.-in xalası qızı, 22 Yaşlı Leyla Məmmədova artıq ölkəni tərk edib. O, Bakı Slavyan Universitetinin tələbəsidir. Lezbi olan Leyla Məmmədova Almaniyaya üz tutaraq orada qaçqın statusu almağa və cinsini dəyişərək kişi olmağa çalışır. Məmmədovanın sevgilisinin isə Bakıda olduğu bildirilir. L.Məmmədova sevgilisini də Almaniyaya gətirmək istəyir.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 867
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri