Müsəlman olduğu üçün qatardan qovdular

Müəllif: Antikvar
Şərhlər: 11
Baxılıb: 2 247
Səs ver:
(səs: 1)
Sentyabrın 25-də Avstraliyanın Melburn şəhərinə gedən qatarlardan birinə əyləşən müsəlman qadın hücuma və irqçi təhqirlərə məruz qalıb.

O, vaqonun qapısı yanında sakitcə dayandığı halda ucaboylu bir qadın əvvəlcə ona qarşı təhqiramiz ifadələr işlədib, sonra isə başını vaqonun divarına döyməyə başlayıb. Və növbəti stansiyada müsəlman qadın qatardan bayıra atılıb. Maraqlıdır ki, polis cinayətkar qadını "qafqaz milliyyətindən olan, şabalıdı saçlı, möhkəm bədənli qadın” kimi təsvir edib.

Avstraliya polisi ölkə ictimaiyyətinə müraciət edərək baş verən bütün islamofob hücumlar barədə məlumat verməyə çağırıb.

Qeyd edək ki,son vaxtlar bu ölkədə İslam dininin təhqiri və müsəlmanlara hücum halları çoxalıb. Avstraliyada 200 il bundan əvvəl məskunlaşmağa başlayan müsəlmanlar hazırda əhalinin 1, 7 fazini təşkil edir.
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 2 247
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri