Bakıda ər 34 yaşlı arvadını 8 ay qapalı otağa zəncirləyib

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 8 333
Səs ver:
(səs: 2)
Bakıda ər 34 yaşlı arvadını 8 ay qapalı otağa zəncirləyib.

Qadın dəfələrlə döyülüb, ona qarşı digər alçaldıcı hərəkətlər edilib.

Bakıda baş vermiş dəhşətli cinayət əməli ilə bağlı polisə müraciət daxil olub.

Səbail rayonu Nemanzadə küçəsi (20-ci sahə adlanan ərazidə yerləşir) küçəsində yaşayan 1980-ci il təvəllüdlü Almazova Fidan Veyis qızı (adlar şərtidir) saat 00:15 radələrində 8-ci Polis Bölməsinə gəlib.

Qadın bildirib ki, həyat yoldaşı, 1977-ci il təvəllüdlü Almazov Rafael Ramazan oğlu (adlar şərtidir) uzun müddətdir ki, ona dəhşətli işgəncələr verir. Belə ki, 34 yaşlı qadın qeyd edib ki, bu ilin yanvar ayında həyat yoldaşı onu vəhşicəsinə döyərək qolunu sındırıb. Daha sonra o, qadını 8 ay müddətində qapalı otaqda zəncirlənmiş formada saxlayıb və onu dəfələrlə döyüb, digər alçaldıcı hərəkətlər edib.

F.Almazova qeyd edib ki, 8 ay müddətində otaqdan bayıra çıxa bilməyib və ilk fürsət düşən kimi polisə müraciət edib. Qadın onu da qeyd edib ki, əri onu polisə müraciət edəcəyi təqdirdə ölümlə hədələyib. Hazırda məsələ ilə bağlı araşdırmalar aparılır.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 8 333
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri