Vüsalə: "Məni rahat buraxsınlar!"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 4 286
Səs ver:
(səs: 0)
Aparıcı Vüsalə Əlizadə haqqında yazılan xəbərlərə və şərhlərə əsəbləşib.

Aparıcı "Ərinin acığına fotolar çəkdirir" deyənlərə və saytlarda haqqında çıxan məlumatlara münasibət bildirib:

"Hamıya sonuncu dəfə demək istəyirəm ki, məndən əl çəkin! Başımı aşağı salıb işimi görürəm, övladımı böyüdürəm. Heç kimin işinə qarışmıram, onlar da mənə qarışmasınlar. Allah onun da yolunu açıq etsin, mənim də. Heç kimlə problemim yoxdur. Məni rahat buraxsınlar! Saytlar haqqımda xoşagəlməz yazılar yazmasın. Sosial şəbəkədə mən özüm yox, səhifənin admini olur. "Ərinin acığına şəkil çəkdirib paylaşır" şərhlərinə də səhifəni işlədən qız mənim icazəmlə cavab verib. Niyə kiminsə acığına şəkil çəkdirim ki? Mən o məsələ ilə bağlı heç vaxt danışmayacam. Mənim adımdan sözlər deməsinlər. Haradasa nəsə görürlərsə, özümlə əlaqə saxlayıb araşdırsınlar. Əks halda, adımdan yalan sözlər yazanlarla daha sərt davranacam".

Qeyd edək ki, mətbuatda V.Əlizadənin Facebook səhifəsində bu sözləri yazması ilə bağlı xəbər yayılıb:

"Ay bəzi səviyyəsizlər, ay bəzi ana, ata tərbiyəsi görməyənlər, bəsdir! Maraqlıdır siz iş yerinizdə, iş yoldaşlarınızla, dostlarınızla şəkil çəkdirmirsiniz?! Bəlkə də, qələtin ən böyüyünü edən elə şəkillərin altına gic-gic yazan qızlardır. Başlıq yazıram ki, "İş yoldaşlarımla”, nə ağzınıza gələni yazırsınız? Ay səviyyəsizlər, hər halda münasibətdə olan adam onu çəkib, fan səhifəyə qoymaz ki, reklam olmasın. "Ərinin acığına çəkdirir” deyənlər, nə ər? O, ümumiyyətlə, həyatdadır, ya yox - heç kimə maraqlı deyil. Bir az səviyyəniz olsun".
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 4 286
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri