Oğlan intim görüntülərini yayır - VİDEO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 230
Səs ver:
(səs: 0)
"O, mənim saflığımdan istifadə edib”.

Daha bir saf olmayan məhəbbət faktı və onun qurbanı. "Adam içində” verilişinə gələn xanım onu haqlayan problemin çözülməsi üçün verilişin yaradıcı heyətindən kömək istəyib.

Qadınlar.Biz xəbər verir ki, ANS TV-nin məlumatına görə, gənc xanım keçmiş sevgilisi tərəfindən şantaj olunduğunu deyir. Vəziyyətdən çıxış yolu tapa bilməyən Natəvan Talıbova üz tutub "Adam içində” verilişinə.

Natəvan Talıbovanın dediklərinə görə o, həmin şəxslə 3 il əvvəl yolda təsadüfən tanış olub. Əvvəl oğlanın təkliflərini qəbul etməsə də, sonradan onun israrları Natəvan Talıbovanı fikrindən daşındırıb. Yəni xanım ona inanmağa başlayıb. Daha sonra 3 il birlikdə yaşamağa başlayıblar. Natəvan yaşadığı şəxslə aralarındakı münasibəti rəsmiləşdirmək istədikdə isə sevdiyi şəxs hər dəfə bir bəhanə ilə söhbətdən yayınırmış.

"Ona olan sevgim böyük olub. İnanmamışam ki, nə vaxtsa məni aldada. Gözləyirdim ki, o nə vaxtsa düzələr, nə vaxtsa ağıllanar. Hər halda insanıq. Bilirsiz o mənim saflığımdan istifadə edib”- deyə şikayətçi Natəvan Talıbova qeyd edib.

Natəvan xanımın dediyinə görə, onu şantaj edən şəxs silah kimi 3 il ərzində çəkilmiş intim şəkillərdən istifadə edir. Bu cür niyyəti olan şəxsin səmimiliyinə necə inanmaq olar? Bu suala cavab olaraq xanım ürəyində ona qarşı yaranan sevginin böyüklüyünü və saflığını göstərir.
 
[media=http://www.youtube.com/watch?v=lQKcerkJaSE]
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 3 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri