Günel: "Toy-moy yoxdu"

Müəllif: Antikvar
Şərhlər: 10
Baxılıb: 3 037
Səs ver:
(səs: 1)
Günel Zeynalova toy hazırlıqlarından danışıb.

Qadınlar.Biz xəbər verir ki, uzun müddətdir ki, nişanlı qalan Günelin ayrıldığı barədə şaiyələr yayılıb. "Starlife”da etdiyi açıqlaması ilə bu dedi-qoduların qarşısını almağa çalışan ifaçı toy planlarından söhbət açmağı unutmayıb.

"Deyirlər ki, bu qədər nişanlı qalmaq olar? Təbii ki, olmaz. Bəzi işlərimiz vardı. Bunları yerbəyer etmək lazım idi. Hop deyən kimi toy olmur ki? Toy etmək üçün uzun müddət lazımdır. Amma hər şey yolundadır. Allah qismət eləsin, inşallah".

Azəri qızı adət-ənənəyə uyğun olaraq, indidən cehiz alış-verişinə də çıxmağı unutmayıb. Toyunda açıq geyinmək istəməyən sənətçi gəlinlik seçimində hələ də tərəddüd etdiyini söyləyib.

"Cehizlər yığılıb. Heç qoymağa yer tapa bilmirəm. Namus-qeyrətlə gəlin köçmək gözəl bir hissdir. Bu, mənim üçün çox önəmlidir. İnşallah, Allah o şəkildə evimdən çıxmağı nəsib etsin. Bir xanım öz dəyərini çox yaxşı bilməlidir.

Gəlin donumu tikdirmək istəyirəm. Sadə bir şey axtarıram. Çox daş-qaş olmayacaq. Baxdıqlarım ya çox açıqdırlar, ya da çox bağlı. Orta səviyyədə bir şey istəyirəm. Toyda iki paltar geyinəcəm. Yəqin ki, birini tikdirəcəm, birini alacam”.

Qeyd edək ki, Günel Zeynalova Türkiyə vətəndaşı İnanc Başəyməzlə üç ildir nişanlıdır.

Uzun zamandır türkiyəli gənclə nişanlı olan müğənni Günel Zeynalova toyuna hazırlaşanları məyus edib. Müğənninin son açıqlaması toyun təxirə salınacağı barədə ehtimallara yol açıb.

İnanc Başəyməz adlı türkiyəli gənclə ailə həyatı qurmağa hazırlaşan Günel Zeynalova şok açıqlama verib. Müğənni pərəstişkarlarının toyun tarixi barədə suallarına gözlənilməz cavab verib:

"Xahiş edirəm, bəsdirin toy-toy soruşdunuz, toy-moy yoxdu. Qismət nə vaxtdırsa, o vaxt da olar”.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3 037
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri