Ata qızının başını kəsdi

Müəllif: Antikvar
Şərhlər: 13
Baxılıb: 3 516
Səs ver:
(səs: 0)
Bu gün Biləsuvar rayonu Bağbanlar kəndində dəhşətli qətl hadisəsi baş verib.

Qadinlar.biz xəbər verir ki, bu barədə məlumat Biləsuvardan daxil olub. Məlumata görə, təxminən iki saat əvvəl kənd sakini Tofəddin Hacıyev ailə münaqişəsi zəminində öz qızının başını kəsərək qətlə yetirib. Hazırda rayon polis şöbəsinin əməkdaşları hadisə yerində əməliyyata başlayıb.

Hadisə haqqında ətraflı məlumat verəcəyik.

Əldə etdiyimiz məlumata görə, qətlə yetirilən Aidə Hacıyevanın 26 yaşı var və bir uşaq anası olub. Tofəddin Hacıyev  artıq saxlanılıb.

Hazırda rayonun polis rəisi və prokuroru hadisə yerindədir.

Hadisənin təfərrüatları da əldə edilib. Məlumata görə, Qurban bayramı ərəfəsində ata boşanmış qızının həmkəndliləri olan bir oğlanla münasibətindən xəbər tutur. Oğlanı qızın yanında tutaraq möhkəm döyür və onu başından ağır yaralayır. Yaralı oğlan Bakıda xəstəxanaya yerləşdirilib və hazırda müalicə alır. Bakıda işləyən Tofiəddin dünən kəndə qayıdaraq bu hadisəyə görə qızının da başını kəsir.
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 3 516
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri