Natəvan yenə Aygün Kazımovaya söz atdı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 301
Səs ver:
(səs: 1)
Natəvan Həbibi ötən gün doğum günü olan Zülfiyyə Xanbabayevanı təbrik edib.

Qadınlar.biz xəbər verir ki, müğənni xalq artisti haqqında bu sözləri deyib:

"Gəlin, birlikdə Zulyanı təbrik edək. Çünki Zülfiyyə özünə, sənətinə hörmət etdiyim xalq artistimizdir. Hər zaman demişəm və deyəcəyəm ki, yaşda böyük olan özünü böyük kimi aparsa, özünü düzgün təqdim etsə, cavanlar da ona böyük məmnuniyyətlə hörmət edərlər. Zülfiyyə Xanbabayeva məni hər zaman dəstəkləyib.  Bəziləri kimi yollarımı bağlamayıb. Əksinə hər zaman istəyib ki, səhnədə olum. Bir övladı var, Dəniz. Allah onu xoşbəxt eləsin. Qarşısına elə anası kimi insanlar çıxsın. Zulya da həmişə onun xeyrini görsün. Amin! Ad günün mübarək gözəl insan!”

Qeyd edək ki, N.Həbibi bununla xalq artisti Aygün Kazımovaya söz atıb. Belə ki, uzun illərdi ki, A.Kazımova ilə N.Həbibi arasında qalmaqal yaşanır. Hətta Natəvan bu ilin mayında şərəf və ləyaqətini təhqir edən Aygün Kazımovanı,  həmçinin Zorik və Toliki  məhkəməyə vermişdi. Müğənni məhkəmə çəkişməsi zamanı onların hər üçünə qalib gəlmişdi.
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 3 301
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri