Rəqsanə: “Pulsuzluqdan qızımın telefonunu satmışam”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 611
Səs ver:
(səs: 1)
Rəqsanə İsmayılova "Öz aramızda” verilişində ibrətamiz addım atıb.

Qadınlar.biz xəbər verir ki, müğənni sözügedən proqramda səhhəti ilə bağlı yardım istəyən Abbasa yardım əlini  tutub. Belə ki, əməliyyatı Almaniyada baş tutacaq Abbasın müalicə haqqının çox hissəsini sənətçi öz boynuna götürüb.

"Mən bu verilişi neçə vaxtdır izləyirəm. Sizin qəhrəmanınız Abbasa kömək etmək istəyirəm. Bilirəm ki, Abbasın əməliyyatı üçün böyük məbləğdə pul lazımdır. Mən yığılan məbləğin çox hissəsini öz üzərimə götürürəm. Mənim etdiyim yardım halaldır. Çünki bu yardımı  səhər dördə-beşə kimi oxuduğum toylardan qazandığım  pulu ilə edirəm.

Heç bir kişinin pulu ilə bu yardımı etmirəm. Bəziləri var ki, kimlərəsə güvənib xeyriyyə işləri edir. Nə atam, nə qardaşım, nə də arxamda pullu adam yoxdur ki, mənə pul buraxsın. Elə vaxt olub ki, Aysunun telefonunu satıb problemimi həll etmişəm. Gərək yardımı da təmiz ürəklə edəsən”- deyə müğənni bildirib.
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 2 611
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri