Ərəb şeyxinə satılan azərbaycanlı qadının etirafı - ŞOK

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 759
Səs ver:
(səs: 0)
Bakı Apelyasiya Məhkəməsində Ağdam rayonu, Muğanlı kənd sakini, 1979-cu il təvəllüdlü Qafur Bağırovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Qafur Bağırov gəlir əldə etmək məqsədilə Sevinc Xəlilova və qeyriləri ilə əlbir olaraq qadınları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə apararaq cinsi təcavüzə məruz qoyub.

azxeber.com xəbər verir ki, o, 2014-cü il yanvar ayının əvvəllərində Aygün Hacıyeva və Xatirə Ağayevanın (zərərçəkmişlərin adları və soyadları şərti göstərilib) maddi cəhətdən korluq çəkdiklərini bilərək onları Dubaydakı otellərin birində qeydiyyatçı kimi işə düzəldəcəyini vəd edib.

Qafur Bağırov fevralın 3-də Aygünü Dubaya yola salsa da, pasportu olmadığı üçün Xatirə gedə bilməyib. Dubayda Aygünü qarşılayan Sevinc Xəlilova onu yaşadığı evə aparıb. O, Vüsalə və Cəfər adlı şəxslərlə birgə Aygünü kişi müştərilərlə görüşdürərək onu cinsi təcavüzə məruz qoyub.

Qafur Bağırovun növbəti qurbanı Gülbəniz Əliyeva adlı qadın olub. Gülbənizin imkansız olduğunu bilən Qafur Bağırov onu Dubaydakı qızıl-zinət əşyaları mağazasına satıcı düzəldəcəyini vəd edib. Onun təklifi ilə razılaşan Gülbənizi və özünə yeni pasport düzəldən Xatirəni Dubaya apararaq Sevinc və digərləri ilə birgə onların kişilərlə görüşməsini təşkil edib.

İlkin dindirilmə zamanı Qafur Bağırov ifadəsində taksi sürücüsü işlədiyini, Xatirənin onun daimi müştərisi olduğunu göstərib: "Xatirəni üç il olar tanıyıram. "Rusalka” masaj salonunda işləyirdi. Onun fahişəliklə məşğul olduğunu bilirdim. Xatirəni çox vaxt işdən evə mən aparırdım. Aygünü də həmin masaj salonundan tanıyırdım. O da orada işləyir, fahişəliklə məşğul olurdu. Aygünü Xatirə vasitəsilə tanımışdım. Xatirə özü mənə demişdi ki, Aygün əvvəllər Dubayda fahişəlik edib, yenidən ora getmək niyyətindədir. Xatirə Aygünü Dubaya yola salmaq üçün yaxın tanışlarımın birinin vasitəsilə viza açdırmağı xahiş etdi. Mən də həmkəndlim Sevinc Xəlilovanın oğlu Eminlə əlaqə saxlayıb ona viza almağa köməklik etməsini istədim. Emin razılıq verdi. Həmin vaxt Xatirə də getmək istəyirdi. Amma pasportu itdiyindən bu baş tutmadı”.

Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, fevralın 3-də Aygünü Bakı aeroportuna aparıb və oradan Dubaya yola salıb: "Emin də zəng vurub Aygünün Dubaya çatdığını dedi. Növbəti dəfə Xatirəni işdən evə aparanda mənə Aygün zəng vurdu, "vəziyyəti çox yaxşıdır” dedi və Xatirəyə də viza almaq üçün köməklik etməyimi istədi. Xatirə pasport sifariş etdi. Pasport hazır olduqdan sonra kserosurətini Eminin elektron ünvanına göndərdik. Həmin ərəfədə Gülbəniz də Dubaya getmək istədiyini dedi. Mən Gülbənizə də köməklik etmişəm. Sənədlərin surəti göndərildikdən sonra Sevinc vizaları hazırladı. Viza hazır olandan sonra Sevinc mənimlə əlaqə saxladı. Martın birində Xatirə və Gülbənizlə birlikdə Dubaya getdim. Dubayda bizi Sevincin oğlu və Vüsalə adlı bir qadın qarşıladı. Sevinc Xatirəni və Gülbənizi yaxınlıqda yerləşən otelə apardı. Mən başqa oteldə qalırdım. Sonradan bildim ki, Sevinc qızları digər oteldə fahişəliyə cəlb edib.

Gətirdiyim qadınları heç özüm də görə bilmədim. Bir neçə gündən sonra Aygün, Xatirə və Gülbəniz mənə Azərbaycana qayıtmaq istədiklərini dedilər. Onlarla birgə qayıtmaq fikrində idim. Martın 6-da isə qızların 3-nün də Bakıya qayıtdıqlarını eşitdim”.

Təqsirləndirilən şəxs bir ay Dubayda qaldıqdan sonra Bakıya qayıtdığını, həmin qadınları bir daha görmədiyini deyib: "Hər üç qadın imkansız idi. Onlara köməklik etmək istəmişəm. Etdiyim əməlin cinayət olduğunu bilməmişəm. Sevincin həmin qadınlarla pis rəftar etdiyindən xəbərim olmayıb”.

Zərərçəkmiş şəxs qismində istintaqa ifadə verən Aygün Hacıyeva Qafur Bağırovu rəfiqəsi Xatirə vasitəsilə tanıdığını deyib: "Qafur bizim maddi çətinlik çəkdiyimizi, işsiz olduğumuzu bilirdi. Azərbaycanda münasib iş tapa bilmirdik, tapdığımız işdə isə məvacib çox aşağı olurdu. Qafur məni və Xatirəni Dubayda yaşayan qohumunun yanına göndərə biləcəyini söylədi. Deyirdi ki, Sevincin yanına getsəniz, sizi münasib bir işə düzəldəcək və yaxşı məvacib alacaqsınız. Ona yol xərcimizi ödəməyə belə imkanımızın olmadığını söylədim. Qafur isə hər şeyi özü təşkil edəcəyini bildirdi. Pasportumun surətini internet vasitəsilə Dubaya göndərdi. Sonra Sevincin yolladığı pulla mənə bilet sifariş etdi. Dubayda Sevinc məni qarşılayıb evə gətirdi. Pasportumu və vizamı əlimdən aldı. Axşam məni kluba apararaq cinsi əlaqədə olmaq üçün müştərilərə təqdim etməyi Vüsalə adlı qadına tapşırdı. Onlara Dubaya bu məqsədlə gəlmədiyimi dedikdə Sevinc məni rüsvay edəcəyi ilə hədələdi, başıma müsibətlər gətirəcəyini bildirdi. Məcburiyyət qarşısında qalıb onların dediklərini elədim. Sevinc məni daim qorxu altında saxlayırdı, hətta evimizlə əlaqə saxlaya bilmirdim. İşləmək istəmədiyimi dedikdə, pasportumu tələb etdikdə oğlu ilə birləşib məni döyəcəyi ilə hədələyirdi. Bir dəfə isə Vüsalə məni "Dulf” otelə apardı və orada "Kumar” ləqəbli, əslən Azərbaycanlı olan Cəfər adlı şəxslə tanış etdi. Cəfər Sevincin tapşırığı ilə hər gün məni 10-15 müştəri ilə görüşdürürdü. Cəfərin olduğu oteldə 14 gün işlədim. Sonra Cəfərlə Sevincin arasında pul mübahisəsi oldu. Ona görə Sevinc məni o oteldən çıxardı. Vüsalə bu dəfə məni hindistanlı bir şəxsə məxsus olan "Kapital” otelinə işləməyə apardı. Martın 1-də oteldə olarkən Sevinc dedi ki, gəl gedək evə, sənə sürpriz hazırlamışam. Birlikdə Sevincgilə gəldik. Evə girəndə Xatirə, Qafur və adını sonradan bildiyim Gülbənizi görəndə dəhşətə gəldim. Qafurun onları da aldadaraq Dubaya gətirdiyini başa düşdüm”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qafur Bağırov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Qafur Bağırov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Qafur Bağırovun şikayəti qismən təmin edilib və onun cəzası 1 il 6 aya endirilib. /
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 4 759
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri