Əməkdar Artist Almaz Ələsgərova "Yadıma sən düşəndə” adlı yeni mahnı hazırlayıb. Mahnının sözləri və musiqisi Tural Bakuviyə, aranjimanı isə Ramal Rəsula aiddir.
"Bu mahnı çox ürəyimcə oldu. Payız mövsümünə uyğun lirik tempdə olan mahnının dinləyicilər tərəfindən də çox seviləcəyinə əminəm” deyən sənətçi, həmçinin bildirib ki, mahnı Tural və Ramalla işlədiyi ikinci proektdir, bundan bir qədər əvvəl isə, onlarla "Həbibim” adlı ritmik bir mahnı işləyib.