Musa Musayev Nazəninin prodüsserilə yumruqlaşdı, burnu sındı

Müəllif: Antikvar
Şərhlər:
Baxılıb: 1870
Paylaş:
Səs ver:
(səs: 1)

Bu gecə müğənni Arzu Mələyin paytaxt restoranlarının birində keçirilən ad günü mərasimində xoşagəlməz hadisə baş verib.

 

 

Belə ki, müğənni Musa Musayevlə Nazəninin prodüsseri Pərvizin sözü çəp gəlib. Nəticədə tərəflər yumruq davasına çıxıblar. Daha edənlərin hər ikisi xəsarət alıb.

 

Məlumata görə, tərəflər arasında mübahisə bu tədbirdən əvvəl başlayıb. Belə ki, Nazəninin prodüsseri "İnstagram" səhifəsində Musa Musayevi təhqir edib.

 

Müğənni Təranə Qumral davadan danışaraq bildirib ki, onlar arasında əvvəldən problem olub: "Neçə vaxtdır bizimlə ədavət aparırlar. Bilmirəm, bölə bilmədikləri nələri var. Yalları artıq düşüb, yoxsa pulları? Nazəninin bir prodüseri var. Heç bilinmir ki, qadındır, yoxsa, kişi. Özünü bilmirəm, nə yerə qoyub? Kimin çantasını daşıyırsan, get, daşı da. Bizimlə nə işin var? Öz instaqram profilində nalayiq sözlər yazıb şəklimizn altına. Ağrımayan başımıza dəsmal bağlayırlar. Məclisdə oturmuşduq,  Nazəninin podüseri Pərviz söyüş elədi, Musa da onu vurdu. Sonra ara qarışdı, o, bunu,  bu da onu vurdu. Mən də Musanı götürüb gəldim evə”.

 

Təranə Qumral bildirib ki, davada Musa Musayev burnundan xəsarət alıb:

"İstəsəm, bu dəqiqə təcili yardım çağıraram. Amma pislik etmək istəmirəm. İmkan vermirlər ki, rahat oturaq. Allah bunlara bildiyi kimi çəkdirsin. Nə istəyirlər bizdən? Musanın burnu partlayıb. Pərvizin xəsarətlərindən xəbərim yoxdur. Ümumiyyətlə, davaya qarışmadım, heç yaxın da durmadım. Hamı da gördü. Oturduğum yerdən tərpənmədim”.


loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1870
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv