Türkiyədən bir neçə film təklifi alan azərbaycanlı- Fotosessiya

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 879
Səs ver:
(səs: 1)
Ülviyyə Mahmudovanın rəhbəri olduğu Nargis Nəşriyyat evinin və "Nargis” jurnalının direktoru, aktrisa Könül Nağıyeva rol aldığı, Türkiyə istehsalı olan "Tərk edilmiş” filmindən danışıb.

Açıqlamasında aktrisa artıq film çəkilişlərinin bitdiyini bildirib:

"Filmdə aktyor Kamran Ağabalayevlə birlikdə rol aldıq. Çəkilişlər İzmirdə bir ay müddətində baş tutdu. Hər şey yüksək səviyyədə keçdi. Çox şadam ki, Türkiyənin tanınmış aktyorları ilə bir filmdə rol aldıq. Filmin mövzusu indi çox aktual olan Suriya konflikti, orqan mafiyası, insan alveridir. Dərin mənalı ekran işidir, çox açıqlama vermək istəmirəm, tamaşaçılar kinoteatrlarda izləyərlər.

Türkiyədən bir neçə film təklifi də almışam. Məni ifa etdiyim rol, ssenari, filmin bütün nüansları maraqlandırır. Baxımlı, tamaşaçıların marağına səbəb olacaq filmlərdə rol almaq istəyirəm. Təkliflər haqqında düşünürəm. Seriala da məmnuniyyətlə çəkilərəm. Azərbaycanda 3 serialda çəkilmişəm, Türkiyədən də maraqlı təklif olsa, qəbul edərəm”.

Qeyd edək ki, "Tərk edilmiş” filminin premyerası 2015-ci ilin martında baş tutacaq. Təqdimat Türkiyə və Azərbaycanda keçiriləcək.
 

 

 

 

 

 

 

 
 
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 3 879
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri