İradə İbrahimova bu vərdişindən əl çəkə bilmir

Müəllif: Antikvar
Şərhlər: 14
Baxılıb: 2 339
Səs ver:
(səs: 2)

Müğənni İradə İbrahimova özü haqda maraqlı faktlar açıqlayıb.

 

Qadınlar.biz sənətçi barədə 15 faktı təqdim edir:

 

1. Ət yeməklərini çox sevirəm.

 

2. Borc və mərcini dadlı bişirirəm.

 

3. Qab yuduqdan sonra sulu əllərini yerə çırpan insanlara qıcıqlanıram.

 

4. Yolun ortasında yerə tüpürən görəndə əsəbləşirəm.

 

5. Oturduğum yerdə söyüş söyülsə, oranı tərk edərəm.

 

6. Məktəbdə məni "İbrahimova” deyə çağırırdılar.

 

7. Həyatımda bircə dəfə döyülmüşəm, o da yalan danışdığıma görə.

 

8. Ən böyük yalanı anama danışmışam.

 

9. Heç vaxt çantama salfet qoymuram, həmişə də ehtiyacım olur.

 

10. Tez-tez əlimi yuyuram. Bu vərdişimdən əl çəkə bilmirəm.

 

11. İnsanların uşaqları zorla tutub öpməsini xoşlamıram.

 

12. Masanın bir başından o biri başına uzanıb yemək götürən görəndə hirslənirəm. Paltarı masadakı yeməklərə dəyir.

 

13. Məni ancaq bir kişinin xəyanət etdiyini xanımına açıq deməsi təəccübləndirə bilər.

 

14. Uşaqlıqda çox ağıllı olmuşam.

 

15. Ən sevdiyim deyim: "Böyük loxma ye, amma böyük danışma”.

(səs: 2)
Şərhlər: 14
Baxılıb: 2 339
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri