"İnsan Barbi” kimi tanınan ukraynalı model Valeria Lukyanova hücuma məruz qalıb.
Oxu.Az əcnəbi mətbuata istinadla xəbər verir ki, Odessada yaşayan 28 yaşlı canlı Barbi evinin qapısını açmaq istəyəndə iki naməlum şəxs tərəfindən döyülüb. Lakin onun bu iddiası birmənalı qarşılanmayıb. Bəziləri onun növbəti estetik əməliyyat keçirdiyini deyib.
"Binanın girişində hücuma məruz qaldım. Qapının kodunu açmaq istəyəndə iki nəfər mənə hücum etdi”, -deyə, model şərh verib.
Qeyd edək ki, Barbi gəlinciklərə bənzəyən model sinəsindən başqa heç bir yerinə estetik müdaxilə olmadığını söyləyir.