Aktrisa ilə hüquqşünas arasında mübahisə düşdü

Müəllif: Menim balam
Şərhlər: 11
Baxılıb: 2 736
Səs ver:
(səs: 0)
Əməkdar artist Mehriban Xanlarova "Adam içində"nin verilişində birbaşa yayımda əsəbiləşərək efiri tərk etdi. 
  müzakirə zamanı ekspertlər arasında fikir ayrılığı yaranıb. Həyat yoldaşını itirmiş və iki uşağı ilə birlikdə hazırda küçədə qalmış hamilə qadın ətrafında gedən müzakirələr mübahisəyə çevrilib.

Əməkdar artist Mehriban Xanlarovanın qadına dəstək çıxması digər ekspert - hüquqşünas Tahir Əlirzayevin xoşuna gəlməyib. O, aktrisaya üz tutaraq istehza ilə "professor Mehriban Xanlarova" deyə müraciət edib. Onun bu ifadəsi aktrisanı özündən çıxarıb və o, ayağa qalxaraq efirdən çıxıb. 

Aparıcı Elgiz Əkbər reklam fasiləsindən sonra studiyanı tərk etməyən Mehriban Xanlarovadan verilişə qayıtmasını istəyib. 

"Mən bəzən əsəblərimə hakim ola bilmirəm. Tahir müəllimə artıq söz demək istəmədiyim üçün efirdən çıxdım. Bu vaxtadək onunla heç bir problemim olmayıb. Amma onun fikirləri ilə razı deyiləm və həmin qadına qarşı haqsızlıq hesab edirəm", - deyən aktrisa ekspert yerinə qayıdıb.
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 2 736
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri