Azərbaycanın ən yaraşıqlı kişisi Milanda ürəklər yaxacaq - FOTO

Müəllif: Antikvar
Şərhlər:
Baxılıb: 2416
Paylaş:
Səs ver:
(səs: 4)
Məşhur model Rüstəm Cəbrayılov yeni layihəyə dəvət alıb.

Bu haqda açıqlama verən model gələn ilin yanvarında İtaliyada keçiriləcək "Milan fashion week”də ("Milan moda həftəsi”) podiuma çıxacaq. Tanınmış model azərbaycanlı dizayner Rüfət İsmayılovun "Afffair” adlı yeni geyim kolleksiyasını təqdim edəcək.

Hazırda Nyu-Yorkda yaşayan və orada model kimi fəaliyyət göstərən Rüstəm Cəbrayılov istedadlı dizaynerlə Türkiyədə tanış olduğunu bildirib:

"Rüfət İsmayılovla tanışlığım "Venera” model agentliyinin rəhbərləri - Səma və Vüqarın vasitəsilə baş tutdu. Türkiyəyə getdim və çox istedadlı həmyerlimiz Rüfət İsmayılovun yeni kolleksiyasının kataloq çəkilişində iştirak etdim. Həqiqətən də, bu, mənim çoxdan gözlədiyim bir iş idi”.

R.Cəbrayılov hər zaman azərbaycanlı dizaynerlərlə işləməyi arzuladığını da bildirib:

"İstəmişəm ki, bizim çox səviyyəli, seçilən, dünya standartlarına uyğun işləri olan modelyerlərimiz olsun. Mən də model kimi bu layihələrdə iştirak edim. Şadam ki, nəhayət, belə bir layihədə iştirak etdim. Fürsətdən istifadə edib, bu gözəl işə məni məsləhət gördükləri üçün "Venera” model agentliyinin rəhbərliyinə təşəkkür edirəm”.

Müsahibimizin sözlərinə görə, azərbaycanlı dizayner R.İsmayılov təxminən 5 ilə yaxın Hollandiyada, bir müddət isə İtaliyada fəaliyyət göstərib. Hazırda Avropanın bir çox ölkələrində, o cümlədən Türkiyədə çalışır:

"Bu sahədə gənc olmasına baxmayaraq, inanıram ki, onun kolleksiya brendi olan "Afffair” yaxın zamanda dünyanın bir çox moda mərkəzlərində səs-küyə səbəb olacaq”.

Yeri gəlmişkən, qeyd edək ki, Rüstəm Cəbrayılov 1986-cı il iyunun 8-də Ukraynanın Luqansk şəhərində azərbaycanlı Abil və Sona Cəbrayılovların ailəsində dünyaya göz açıb.

Rüstəmin 5 yaşı olanda ailəsi Bakıya köçüb. Azərbaycanda orta məktəbi bitirəndən sonra 2004-cü ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olub. 2008-ci ildə universiteti bitirəndən sonra coğrafiya müəllimi kimi işləyib.

R.Cəbrayılov ilk dəfə modellik karyerasına 2005-ci ildə başlayıb. "The Best Model of Azerbaijan” yarışmasının 2006 və 2007-ci illərdə qalibi olub. O, 2007-ci ildə 90 ölkənin nümayəndəsinin qatıldığı "Best Model of the World” yarışmasında birincilik qazanıb.

Hazırda o, Nyu-Yorkda "Red Model Management New-York City” moda agentliyində model kimi çalışır.

Nyu-Yorkda bir-birinin ardınca uğurlar qazanan modelimiz dünyanın ən nüfuzlu, məşhur brend kolleksiyalarının simasına çevrilib.

O, "Best Model of Azerbaijan”nın 2006-2007-ci illər və "Best Model of the World” yarışmasının 2007-ci il qalibi olub.
 

 

 

 

 

 

 



loading...
(səs: 4)
Şərhlər:
Baxılıb: 2416
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv