Ekstrasens şou nümayəndələri üçün proqnoz verdi

Müəllif: Miss_Oxatan
Şərhlər: 13
Baxılıb: 3 555
Səs ver:
(səs: 2)
"İlqarə Kazımovanın sevgilisi ona layiq biri deyil”.

Parapsixoloq və ekstrasens Həsən Həsrətli şou nümayəndələri barədə proqnoz verib. 

Sözügedən proqnozu təqdim edirik:

Xalq artisti Aygün Kazımova

"İlin sonuna kimi səhhətində problemlər olacaq. Bir az dəqiqləşdirsək xanımın qanla bağlı xəstəliyi olacaq. Son zamanlar gündəmdə olan digər bir məsələylə bağlı deyim ki, Aygün Kazımova nişanlanmayıb. Sadəcə o xanım başqalarına sübut üçün bu addımı atıb ki, mən də nişanlana bilərəm, Sevgi məsələsi olub, amma nişan yox”.

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova

"İlin sonuna kimi səhhətində problemlər olacaq. Bir az dəqiqləşdirsək xanımın qanla bağlı xəstəliyi olacaq. Son zamanlar gündəmdə olan digər bir məsələylə bağlı deyim ki, Aygün Kazımova nişanlanmayıb. Sadəcə o xanım başqalarına sübut üçün bu addımı atıb ki, mən də nişanlana bilərəm, Sevgi məsələsi olub, amma nişan yox”.

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova
 
"Röya sevgidən doyub boşandı, yeni sevgi, həyəcan yaşayır. Ayrılmaq Röyaya böyük uğur gətirəcək”.

Müğənni Natəvan Həbibi

"Natavan Həbibinin məhkəmə işi çox uzanacaq. Uzanmağına baxmayaraq qalib Natavan xanım olacaq. Bu xanım bezən insan deyil”.

Müğənni Ayan Babakişiyeva

"Ayan xanıma bu yaxınlarda elçi gələcək, tanıdığı insan ona evlilik təklifi edəcək”.

Xalq artisti Faiq Ağayev

"Faiq Ağayev şou biznesdə ən çox cadu edilən şəxsdir. Mənfi enerjilər çox gəlir, işlərində çox axsamalar olacaq”.

Əməkdar artist Abbas Bağırov

"Bu şəxsdə mən ailə görmürəm, indən belə evlənməyəcək. Nə ailə nə də uşaq görmürəm”. 

Meyxanaçı Namiq Qaraçuxurlu

"Şəxsi həyatı ilə bağlı çox danışıldı, amma qeyd edim ki, hər şey tam olduğu kimi baş verib. O qadın həyat yoldaşı, uşaqlar isə onun övladlarıdı. Bunu inkar etmək olmaz. Ən böyük günah öz övladlarını inkar etməkdir”.

Prodüser Təranə Səmədova

"Təranə xanımın həyatı çox uğurlu davam edir. Yeni sevgili, xoşbəxt həyat davam edəcək. Sevdiyi şəxslə ailə qurmayacaq”. 

Müğənni Sevda Yəhyayeva

"Ciyərləri ilə bağlı problemləri var. Çətinliklərdən yenicə çıxıb. Uğurunu qoruyub saxlamalıdır”.
(səs: 2)
Şərhlər: 13
Baxılıb: 3 555
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri