Zəlimxan Yaqubun səsi batıb

Müəllif: Miss_Oxatan
Şərhlər: 15
Baxılıb: 2 646
Səs ver:
(səs: 0)
Aşıqlar Birliyin sədri, xalq şairi Zəlimxan Yaqubun səsi batıb.

Bu barədə xalq şairinin özü deyib. O, səsi ilə bağlı hazırda müalicə olunduğunu deyib.
Z.Yaqub yaxın günlərdə böyrəklərinin müəlicəsi ilə əlaqdar olaraq Almaniyaya gedəcəyini də açıqlayıb:

"Dekabrın 4-də böyrəklərimin müalicəsi üçün yenidən Almaniyanın Hannover şəhərinə gedəcəyəm. Hazırda özümü yaxşı hiss edirəm. Azərbaycanda da müalicələrimi davam etdirirəm. Səsim batıb. Danışa bilmirəm. Ona görə də müalicə alıram".

Qeyd edək ki, Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub bir müddətdir ki, böyrəklərində olan xəstəlikdən əziyyət çəkir. O, müalicə ilə əlaqədar olaraq artıq bir neçə dəfə Almaniyaya gedib.
(səs: 0)
Şərhlər: 15
Baxılıb: 2 646
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri