ŞOK: 13 yaşlı qız 15 yaşlı oğlandan uşaq doğdu

Müəllif: Antikvar
Şərhlər:
Baxılıb: 2761
Paylaş:
Səs ver:
(səs: 0)
Rusiyanın "şimal paytaxtı” Sankt-Peterburqda 13 yaşlı məktəb şagirdi Kseniyanın 9-cu sinif şagirdi Georgi ilə sevgi münasibətləri onun övlad dünyaya gətirməsi ilə nəticələnib. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Peterburqin Pyotrodvortsovıy rayonundakı orta məktəblərdən birində baş verən hadisə məktəb rəhbərliyi tərəfindən bütün vasitələrlə gizli saxlanılmasına cəhd edilib.
 
Mətbuatın xəbərinə görə, ötən ildən sevgi münasibətlərində olan cütlük birlikdə çox vaxt keçirirdilər, lakin ətrafdakı insanlarda heç bir şübhə oyatmırdılar. Həyəcan təbili bu ilin sentyabrında 7-ci sinif şagirdi Kseniya məktəbə gələndə çalınmağa başlanır. Belə ki, artıq çəki alan Kseniya  iri ölçülü paltarlar geyinsə də, onun hamilə olduğu heç kəsin gözündən yayınmayıb. Pedaqoqların xahişindən sonra qızını ginekoloqa aparan ana qızının artıq 7 aylıq hamilə olduğunu öyrənib. Dərslərini ev şəratində almağa başlayan Kseniya ötən gün 3,8 kiloqram çəkisi, 52 santimetr boyu olan oğul övlad dünyaya gətirib. Xəstəxana rəhbərliyinin polisə müraciətindən sonra hüquq-mühafizə orqanları məsələni araşdırmağa başlayıblar. İlk növbədə hadisədən xəbərdar olan məktəb rəhbərliyinin məsuliyyət dərəcəsi müəyyən olunacaq. Yetkinlik yaşına çatmayan 13 yaşlı Kseniya və 15 yaşlı Georginin əməlində isə heç bir cinayət tərkibi aşkar olunmayıb.
 
Hər il Rusiya cəmiyyəti azyaşlı qızların hamilə olması ilə bağlı qalmaqallı insidentlərlə üzləşir.
 
Belə ki, 2014-cü il oktyabrın əvvəllərində 13 yaşlı Krasnoyarsk diyarı sakininin 2 ilə yaxın birlikdə yaşadığı 20 yaşlı sevgilisindən hamilə qaldığı müəyyən olunub. 2011-ci ildə isə Moskva ətrafı qəsəbə sakini hamiləliyinin səbəbi kimi babasının onu zorlamasını göstərmişdi.
 
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, azyaşlılar və yeniyetmələr arasında hamiləlik ciddi problemə çevrilib. Məlumata görə, təkcə 2012-ci ildə 15-19 yaş arasında 16 milyon, 15 yaşdan aşağı isə 2 milyon qız ana olub. 

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 2761
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook