Azərbaycanlı jurnalist Latviyadakı restoran biznesindən danışdı - FOTO

Müəllif: Menim balam
Şərhlər:
Baxılıb: 528
Paylaş:
Səs ver:
(səs: 2)
Telejurnalist Emin Musəvi Latviyanın paytaxtı Riqada restoran biznesinə başlayıb açıqlamasında aparıcı özü məlumat verib.
 
Onun sözlərinə görə, altı aydır komandası ilə birgə "Azərbaycan" adlanan restoranın ərsəyə gəlməsi üçün çalışır:
 
"Əslində, restoran bir neçə ildir fəaliyyət göstərir. Sadəcə, mən bir sıra dəyişikliklər edib, məkanı yenidən işə başlatmışam. Burada müştərilərə sırf milli mətbəximiz təklif olunur. Yeməklər həm azərbaycanlı, həm də latış aşbazlar tərəfindən hazırlanır. Bu işə məhz Latviyada başlamağım təsadüf deyil. Bu ölkənin baş naziri Azərbaycana səfər edərkən bizim "Emco PR and Media” şirkəti bir sıra xidmətlər göstərdi. Latviya mənə çoxdan tanış olan ölkədir. Hər bir milli amil məni cəlb edir. Bilirsiniz ki, Milli Radio - 106.3 FM-in yaranmasında da iştirak etmişəm. Uzun müddət oranın rəhbəri oldum. Yemək də bir mədəniyyət növüdür. Mətbəximizin keyfiyyətli şəkildə təqdim edilməsi mənim üçün vacibdir. Son aylar bu işlə bağlı Latviyada daha çox oluram. Bununla belə, Azərbaycandakı işlərim də davam edir".

E.Musəvi mətbuatda sözügedən restoranı 780 min avroya alması haqda çıxan xəbərlərə də münasibət bildirib:
"Bu, yalandır. Kimsə öz fantaziyasını işə salıb. Bir neçə saytda restoranın qiyməti ilə bağlı müxtəlif yüksələn rəqəmlər gördüm. Deyəsən, bu gedişlə bir neçə gün sonra restoranımızın qiyməti 2 milyonu ötəcək".

"Məkanı satın almısınız, yoxsa icarəyə götürülüb” sualına isə E.Musəvi belə cavab verib:
"Bu, kommersiya sirridir”.
 

 

 

 

 

 

 

 

 

 

 



loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 528
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv