Bakıda "Atropatena Fashion Night" adlı moda nümayişi baş tutub - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 145
Səs ver:
(səs: 2)
Norveçdə yaşayan cənubi azərbaycanlı modelyer Şervin Nəcəfpurun Bakıdakı "Atropatena Fashion Night" adlı moda nümayişi baş tutub.
"Addım Gənclər Təşkilatı"nın təşkilatçılığı ilə keçirilən gecədə modelyerin eksklüziv Bakı dəfiləsi üçün hazırladığı klassik və milli elementlərlə zəngin 30-a yaxın geyimi nümayiş olunub.
 
Geyimləri Lyubov Gutorovanın rəhbərlik etdiyi "FMS” agentliyinin modelləri nümayiş etdirib. 

Gecəni giriş sözü ilə "Addım Gənclər Təşkilatı"nın sədri Hüseyn Cavadzadə açıb və gənc modelyerin yaradıcılıq üstünlüklərindən, diasporumuzda məhsuldar fəaliyyətindən və vətənpərvərliyindən danışıb. 

Daha sonra Norveç Krallığının Bakıdakı konsulu Şerstin Agneta Valberq çıxış edərək layihə ilə bağlı müsbət fikirlərini bildirib. Şervin Nəcəfpurun "Atropatena" sərgisi 20 dəqiqə ərzində davam edib və qonaqlar tərəfindən alqışlarla qarşılanıb. 

Nümayişin davamında 2014-cü ildə ölkəmizi "Eurovision” mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova musiqi proqramı ilə çıxış edib. Gecədən təqdim etdiyimiz fotolar gənc fotoqraf Yusif Novruzzadə tərəfindən çəkilib.

Qeyd edək ki, bu, daha əvvəl Avropa ölkələri və Türkiyədə müxtəlif moda dəfilələrində iştirak edən 24 yaşlı Şervin Nəcəfpurun Azərbaycanda ilk moda gecəsi idi.
 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 145
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri