Teleaparıcılardan "açıq-saçıq" ittihamına cavab: "Gedib Ərəb Əmirliyində otursun" - FOTO

Müəllif: Menim balam
Şərhlər: 10
Baxılıb: 3 802
Səs ver:
(səs: 2)
İclasda çıxış edən millət vəkili Sabir Rüstəmxanlı aparıcıların açıq-saçıq geyimlərindən və nitqindəki qüsurlardan danışıb və iradlarını bildirib. 

"Oyuncaq” verilişinin aparıcısı Şəhriyar Əbilov:

"Teleaparıcı cəmiyyətə uyğun səhnəyə, efirə çıxmalıdır.  Cəmiyyət teleaparıcıdan ibrət götürməlidir.  Biz zövqümüz, nitqimiz, geyimimiz, əxlaqımızla nümunə olmalıyıq. Biz seçilərək tamaşaçılar qarşısına çıxmışıqsa,  fərqlənməliyik.  Fərqimizi faydalı şəkildə göstərməliyik. Sabir müəllim haqlıdır. O da həm rəhbər, həm də tamaşaçı kimi fikrini deyib. Fikrimcə, aparıcı  geyiminə, hərəkətinə fikir verməlidir. Əxlaqsız və savadsız görünməməlidir”. 

"ATV maqazin” verilişinin aparıcısı Nərgiz Vahabqızı:

"Sabir bəyin bu cür düşünməsi normaldır. Haradasa, razılaşıram.  Dilində qüsur olan teleaparıcılar var. Millət vəkilinin fikirlərinə hörmətlə yanaşıram. Sağ olsun ki, fikrini bildirib. Teleaparıcıların geyimlərinə irad bildiribsə, deməli, elədir”. 

"Hər şey daxil” verilişinin aparıcıları Sevil-Sevinc bacıları:

"Bizim təqdim etdiyimiz veriliş "Xəzər” televiziyasında yayımlanır. Telekanalımız "Ailəmizin Xəzəri” adlandırılır. Bunun üçün də kanalın rəhbərliyi hər bir kəsin geyiminə şəxsən özü nəzarət edir.  Nəinki teleaparıcılara, qonaqlara da açıq-saçıq geyinməyə icazə verilmir”. 

Teleaparıcı Zemfira Adıgözəlova: 

"Hər kəsin fikrinə hörmətlə yanaşıram. Müəyyən fikirlərində haqlıdırlar. Teleaparıcıların əksəriyyətinin nitqlərində qüsurlar, danışıqlarında qeyri-etik kəlmələr, ləhcələr, fikrini düzgün ifadə etməmək var. Ədəbi dildə olmayan ifadələr işlədirlər. 

Açıq-saçıqlığa qalanda isə yenə də düşüncələrində haqlı tərəflər var. Çünki bu gün  aidiyyatı olub-olmamasından asılı olmayaraq açıq-saçıq geyinirlər. Səhər və günorta proqramına gecə libasında, açıq-saçıq geyimdə gəlirlər ki, proqram baxımlı və reytinqli olsun. Lakin bu proqrama uyğun deyil. İnsanın bədən quruluşu imkan verirsə, verilişin mövzusuna uyğun olaraq açıq-saçıq geyinmək olar.  Sabir müəllimin sözlərində haqlı tərəflər var. Lakin gecə verilişi üçün gecə libasları var. Əsas odur ki, geyim verilişin konsepsiyasına uyğun olsun”.

Teleaparıcı Tahirə Məmmədqızı:

"Bütün aparıcıların geyiminə və nitqinə irad tutmaq düzgün olmaz. Yəqin, hörmətli millət vəkilimiz bu sözləri bütün teleaparıcılara şamil etməyib.  Həqiqətən, bəzi aparıcıların geyimlərində açıq-saçıqlıq və nitqlərində qüsurlar var. Bu həqiqətdir. Xüsusilə, həddindən artıq  açıq-saçıq geyimlə, qısa ətəklə efirə çıxmasalar, daha gözəl olar.  Təbii ki, hər kəsin öz baxışı, zövqü var.  Ona görə kimisə təhqir etmək fikrində deyiləm.  Bəzən  həmkarlarımın verilişlərində nitqində qüsurlar olur. Müasir zamandır, təbii ki, efir gözəlliyi, dəbi sevir.  Çox qısa ətək dəb deyil.  Bu tənqidlərdən, yəqin, nəticə çıxaranlar olacaq”. 

Teleaparıcı və model Tunay Əliyeva:

"Sabir Rüstəmxanlı başa düşməlidir ki, biz inkişafda olan ölkədə yaşayırıq. Azərbaycan inkişaf edir, müasirliyə doğru gedirik. Sırf müsəlman ölkəsində yaşamırıq ki, çadranı başımıza atıb efirə çıxaq.  Bizim efirlər Sabir Rüstəmxanlını qane etmirsə, gedib Ərəb Əmirliyində otursun, oradakı telekanallara baxsın. Deyir ki, teleaparıcılar xarici seriallara baxır, özlərini onlara bənzədir. 

Bizim xanımlarımız o qədər dəblidirlər ki, ən son modadan istifadə edirlər. Sabir bəyi bizim geyimlərimiz narahat edirsə, brend firmalara müraciət etsin və istədiyi geyimləri hazırladıb Azərbaycana gətirsin. Çünki biz brend butiklərindən alış-veriş edirik.  Sabir Rüstəmxanlı hansı dəyərlərdən danışır? Biz 60-cı illərdə qalmalıyıq? Türk dilində danışmağımıza irad bildirib. Sabir Rüstəmxanlı türk deyil? Buna şübhəm yaranıb. Osmanlı türkləri bizim qardaşımızdır. Bizim doğmalaşmağımızda heç bir qüsur yoxdur”. 

"Adam içində" verilişinin aparıcısı Elgiz Əkbər isə bu haqda danışmaq istəmədiyini bildirdi.  
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 3 802
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri