Bakıda möhtəşəm lazer şousu - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 394
Səs ver:
(səs: 1)
"Bakı-2015” ilk Avropa Oyunlarının başlamasına 200 gün qalması münasibətilə noyabrın 26-da paytaxtda möhtəşəm şou təşkil edilib.
Axşam saatlarında İçərişəhərdə keçirilən tədbirdə lazer effektləri ilə Qız qalasının üzərində "Bakı-2015”in loqosu, rəsmi rəmzləri – ceyran və nar, eləcə də Oyunlarla bağlı videoçarx nümayiş olunub. Videoçarxda ilk Avropa Oyunlarının proqramına daxil olan idman növləri ilə bağlı görüntülər yer alıb.
"Bakı-2015” Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna jurnalistlərə açıqlamasında bildirib: "İlk Avropa Oyunlarının başlanmasına 200 gün qalması münasibətilə bu möhtəşəm idman tədbirinin rəmzlərini təqdim edirik. Oyunların açılış mərasiminin başlamasına qalan günlərin geri sayımı davam etdikcə belə tədbirlər də müntəzəm keçiriləcək”.
Ç.Viceratna diqqətə çatdırıb ki, biz bugünkü tədbirlə 2015-ci ildə keçiriləcək Avropa Oyunlarını və gözəl memarlıq abidələri ilə zəngin olan Bakını Qız qalasının timsalında bütün dünyaya nümayiş etdirmək istəyirik. O, gələn il keçiriləcək "Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə aparıldığını bildirib.
İlk Avropa Oyunlarının rəsmi rəmzlərinin - ceyran və narın hazırlanmasında "Bakı-2015”in, həmçinin xaricdən cəlb olunmuş dizaynerlərin iştirak etdiklərini vurğulayan Ç.Viceratna bu rəmzlərin böyük maraqla qarşılandığını vurğulayıb.
Möhtəşəm şou paytaxt sakinlərinin və qonaqların marağına səbəb olub.
 

 

 

 

 

 

(səs: 1)
Şərhlər: 12
Baxılıb: 2 394
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri