Azərbaycanı “Best Model of the World - 2014”də bu oğlan təmsil edəcək – MÜSAHİBƏ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 5 636
Səs ver:
(səs: 2)
"Özümü model kimi görmürəm”.
Xəbər verdiyimiz kimi final mərhələsi dekabrın 6-sı Türkiyədə keçiriləcək "Best Model of the World - 2014” beynəlxalq model müsabiqəsində ölkəmizi 4 illik aradan sonra iki modelimiz - Sima Şərafətdinova və Heydər İsgəndərov təmsil edəcəklər.

Təmsilçilərimizdən biri Sima Şərafətdinova hazırda Türkiyədə yaşayır. Digər təmsilçimiz Heydər İsgəndərov isə məşqlərdə iştirak etmək üçün noyabrın 30-u Türkiyəyə yola düşəcək.

Biz də fürsətdən istifadə edib ölkəmizi beynəlxalq model müsabiqəsində təmsil edəcək 17 yaşlı modelimizi oxuculara daha yaxından tanış etmək istədik. Odur ki, Heydər İsgəndərovla müsahibəni təqdim edirik:

- Özünüzü oxucularımıza təqdim edin...
- 1997-ci il, mayın 10-da Ağsu rayonunda doğulmuşam. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinin birinci kurs tələbəsiyəm.

- Müsabiqəyə hazırlıqlar necə gedir?
- Müsabiqəyə hazırlıq və məşqlər Türkiyədə olacaq. Bu ayın 30-u Türkiyəyə yola düşürəm. Dekabrın 6-sı isə final olacaq.
Burada müsabiqəyə hazırlaşmıram. Modellik mənim üçün hobbidir. Bu iş mənə o qədər də maraqlı deyil. Nəticə nə olursa olsun, məni maraqlandırmır.

- Bundan əvvəl hansı müsabiqələrə qatılmısınız?
- "Show Production” tərəfindən "İlin ən yaraşıqlı modeli” mükafatına layiq görülmüşəm. Daha sonra isə "Best Model of the World - 2014” beynəlxalq model müsabiqəsinin milli seçimlərində iştirak edərək qalib oldum.

- Bir müddət əvvəl sosial şəbəkədə bir yazınızı oxudum. Orada qeyd etmişdiniz ki, siz özünüzü model kimi görmürsünüz. Və sizi model kimi təqdim edənlərə də etirazınızı bildirmişdiniz…
- Mən özümü model kimi görmürəm. Bu sahadə çalışan daha peşəkar modellər var. Kastinqlərdə birinci mən seçilmişəm. Bu, mənim üçün fəxrdir. Lakin buna sənət kimi baxmıram. Maddi cəhətdən hər şeyə sahibəm, nəyəsə ehtiyacım yoxdur. Sadəcə, bu iş mənə vaxtımı keçirmək üçün lazımdır.

- Heç olmasa, altına girdiyiniz yükün məsuliyyətini dərk edirsinizmi? Axı siz ölkə təmsilçisisiniz…
- Əlbəttə, dərk edirəm. Amma seçim münsiflərindir. Nəticə nə olacaqsa, razılaşacağam.

- Əldə etdiyim məlumata görə, ötən ay avtomobil qəzası keçirmiş və Sabunçu xəstəxanasında müalicə almısınız. İndi səhhətiniz necədir? Qəza necə baş vermişdi?
- Səhhətim yaxşıdır. Avtomobillə sürət həddini aşdığıma görə maşın dirəyə çırpılmışdı. Güclü zədə almamışdım, sadəcə əlim əzilmişdi.

- Avtomobili hansı sürətlə idarə edirdiniz ki, bu hadisə baş verdi?
- 140 km/saat-dan çox sürət var idi.

- Digər ölkələrin iştirakçıları ilə qiyabi tanış olmusunuz? Sizcə, ən güclü rəqibiniz kimdir?
- Maraqlanmamışam. Mənim rəqiblərimə gəlincə... Müsabiqənin nəticəsi məndən asılı deyil. Nə olacaqsa, olacaq.

- Belə başa düşdüm ki, sizin həyatda məqsədiniz, prinsipiniz yoxdur…
- Mən həmin yarışmaya əyləncə kimi baxıram, istirahət etməyə gedirəm.

- Əgər belədirsə, müsabiqəyə niyə qatılmısınız? Axı bu işə qəlblə bağlanan kiminsə yerini tutursunuz?
- Bu yerə mən layiq oldum. Erkan Özerman da şəkillərimə baxıb məni bəyəndi.

- Artıq haqqınızda dedi-qodular da edirlər. Deyilənə görə, qaşlarınızı alırsınız...
- Fotosessiyalarda makiyaj olunub. Amma qaşlarımı almıram.

- Sizi qıcıqlandıran nüans nədir?
- Ətrafımdakıların mənim haqqımda nə söylədikləri mənə maraqlı deyil. Məni tanıyanlar tanıyır, başqa kim nə deyirsə, qoy desin.

- Bəs, gələcək planlarınız nədir?
- Mən atam kimi biznesmen olmaq istəyirəm.

- Bəyəndiyiniz modellər kimlərdir?
- Kıvanç Tatlıtuğun uşaqlıqdan fanatıyam. Azərbaycanlı modellərdən isə Rüstəm Cəbrayılovu bəyənirəm.

- Hansısa reklam siması olmaq təklifini qəbul edərsiniz?
- Azərbaycanda yox, Türkiyədə olsa edərəm. Çünki burada reklam və serial sahəsindəki inkişaf Türkiyədəki qədər yüksək səviyyədə deyil.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 5 636
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri