Elza Seyidcahanı özündən çıxardılar: "Məhkəməyə verəcəm"

Müəllif: Menim balam
Şərhlər: 14
Baxılıb: 2 124
Səs ver:
(səs: 1)
Əməkdar artist Elza Seyidcahanı əsəbləşdirdilər. 
 müğənni əməkdaşımızla söhbətində haqqında xoşagəlməz məqalə yazan hər kəsi məhkəməyə verəcəyini deyib:
 
"Şeirlərimi ələ salırlar. Mənə xələl gətirmək üçün hərə bir kompüter arxasına keçib, nə gəldi yazır. Özü də ki, yazıların çoxu məndən açıqlama alınmadan verilir. Hansı ixtiyarla belə edirlər? Dəfələrlə xaricdə Azərbaycanın bayrağını qaldırmışam. Xalqını sevən, tərənnüm edən, dövlətin əməkdar artistinə, Bəstəkarlar İttifaqının üzvünə bu cür tərbiyəsizlik edilərmi? Allaha şükür, Elzanı hamı yaxşı tanıyır. Bu cür sözlər onun nə tərbiyəsinə, nə də savadına ziyan vurmaz, qara yaxmaz. Buradan mənim şeirlərimi ələ salanlara xəbərdarlıq edirəm: özünüzü yığışdırın. Yoxsa hamınızla məhkəmədə görüşməli olacam. Haqqımda boş-boş şayiələr uydurmasınlar, onları məhkəməyə verəcəm. Məni xalqın gözündən salmağa çalışmasınlar, onsuz da, bacarmayacaqlar. Özlərini Allahın nəzərindən salacaqlar. Çox xoşbəxtəm ki, nə özüm, nə övladlarım, nə də nəslim həyatda heç kimə şər atmayıb”.
(səs: 1)
Şərhlər: 14
Baxılıb: 2 124
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri