Gülayı özündən çıxardılar: "Özümü kiminsə səviyyəsinə salan deyiləm"

Müəllif: Menim balam
Şərhlər: 7
Baxılıb: 2 223
Səs ver:
(səs: 3)
Müğənni Gülay Zeynallı həmkarı İlahə İbadova ilə qalmaqal yaşayıb  qalmaqalın səbəbi "Kimdir nömrə 1?” yarışması olub.
İ.İbadovanın "Əslində, Gülay duelə çıxmaq istəyirdi. Amma olmadı. Yaşda məndən balacadır, inciyə bilər, ağlı kəsmir. Mən yola verməyi bacarıram” sözləri G.Zeynallını özündən çıxarıb.
 
Muğam ifaçısı "Onlar”ın kamerasına açıqlamasında həmkarının ünvanına sərt sözlər deyib:
 
"Çox səhv edib bu sözləri deyib. İncimirəm, sadəcə özümü kiminsə səviyyəsinə salan deyiləm. Mən hər zaman söyləmişəm: öz yaşıdlarımın içində hər biri ilə oxumağa hazıram. İlahədən istədim adımı çəksin. Dedim, eyni tərzdə ifa tamaşaçını yora bilər. 

Burada İlahədən də güclü ifaçılar var. Mən qorxsaydım, deyərdim zəif ifaçı ilə duelə çıxım. İlahə səhv edib deyib ki, onu duelə çağırmağımı Gülay istədi. Mən bu yarışmadayamsa, demək, hamıyla oxumağa hazıram”.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 2 223
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri