Səidədən Elnarəyə cavab: "Başından böyük danışma"

Müəllif: Antikvar
Şərhlər:
Baxılıb: 1083
Paylaş:
Səs ver:
(səs: 1)
Müğənni Səidə Sultan həmkarı Elnarə Xəlilovanın onun haqqında dediyi sözlərə münasibət bildirib.

Qadınlar.biz-ın məlumatına görə, sənətçi əməkdaşı ilə söhbətində bunları deyib: "Hansısa bir müğənninin həmkarını tanımadığını söyləməsi gülməlidir. Elnarəyə deyirəm ki, başından böyük danışma. Hamı bir-birini çox gözəl tanıyır. Sənətə gəldikdə isə... Sən Konservatoriyanı bitirmisən, mən İncəsənəti. Mən də Vaqif Gərayzadənin tələbəsi olmuşam, sən də... Sən xanəndəliyi bitirmisən, mən də xanəndəlik oxumuşam. Səsə qaldıqda isə... Səsimlə səni yeyərəm. Zövqə gəldikdə, bağışla, bacı, sənin doğrudan da zövqün yoxdur. Düz sözdən inciməli nə var ki? Həmişə səviyyəsiz səviyyədən danışır. Müğənnilərə səslənirəm: deməyin ki, filan müğənnini tanımıram. Maskaları çıxardaq, bir-birimizi aldatmayaq”.

Xatırladaq ki, E.Xəlilova müsahibəsində Səidə Sultanla bağlı bu açıqlamaları vermişdi: "Elə bir həmkarımı tanımıram. Mən onunla eyni qrupda oxumamışam. Məndən sonra o qrupda ola bilər. Onu həmkar olaraq hələ ki, tanımıram. Mən Milli Konservatoriyanın məzunuyam, peşəkar, ali savadlı xanəndəyəm. O gərək, mənim statusumda olsun ki, həmkarım hesab edilsin. Başa düşdünüz də? Mənim həmkarlarım Röya Ayxan, Natəvan Həbibi, İradə İbrahimova və Samira Allahverdidir”.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1083
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv