Elnur Hüseynov TV8-də Adriana Limayla veriliş aparacaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 125
Səs ver:
(səs: 2)
"O səs Türkiyə” musiqi müsabiqəsində parlayan və türk mediasının diqqətini çəkən azərbaycanlı yarışmaçı Elnur Hüseynov Türkiyənin TV 8 kanalı ilə 1,5 milyon avroluq müqavilə imzalayıb.
Elnur sözügedən kanalda böyük bir layihədə iştirak edəcək.
Bu barədə danışan Elnur bildirib ki, o, Adriana Lima ilə birlikdə moda verilişi aparacaq:

"TV8 kanalında çox böyük bir layihə başlayır. Bu verilişə Türkiyənin və dünyanın müxtəlif ölkələrindən məşhur oğlan və qız modellər qatılacaq. Qalib 20 milyon dollar qazanacaq.
Qalibləri münsiflər seçəcək. Mən aparıcılıqla yanaşı, həm də münsiflər heyətinə daxiləm. Digər üzvlər Adriana Lima, Meqan Foks, İvana  Sertdir. Bu layihə ilə bağlı Acun bəylə bir illik müqavilə imzalamışam
”.
Elnur onu da vurgulayıb ki, veriliş Türkiyənin hündür binalarında çəkiləcək. Çünki məşhur modellər verlişə helikopterlə gələcək.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 3 125
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri