Voleyboçumuz ana oldu

Müəllif: Antikvar
Şərhlər: 7
Baxılıb: 1 948
Səs ver:
(səs: 2)
Məşhur azərbaycanlı voleybolçu Valeriya Korotenko ana olub.

30 yaşlı voleybolçu bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

"Mənim böyük xoşbəxtliyim dünyaya gəldi. Mən anayam” - deyə yazaraq sevincini bölüşən idmançı, övladını dekabrın 12-də gündüz saatlarında dünyaya gətirdiyini də qeyd edib.

Bu ilin may ayında voleybolçunun bətnində olan körpəsini itirməsi ilə bağlı xəbərlər yayılmış və o, bundan çox qəzəblənmişdi. Daha sonra Korotenko, mətbuatda yayılan məlumatın doğru olmadığını, lakin analıq xoşbəxtliyinin qapısını döyəcəyi günü gözlədiyini bildirmişdi.

Xatırladaq ki, Azərbaycanın "Azərreyl”, "Lokomotiv” və "Azəryol”, İsveçrənin "Volero” və Türkiyənin "Fenerbahçe” komandalarında çıxış etmiş Korotenko cüdoçu Nicat Məmmədov ilə evlidir.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 1 948
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri