Madonnanın oğlu anasından utanır

Müəllif: Antikvar
Şərhlər: 7
Baxılıb: 2 532
Səs ver:
(səs: 1)
56 yaşlı Madonna öz açıq-saçıq şəkilləri ilə publikanı heyran etməyi sevsə də, bu fotolar heç də hər kəsin ürəyincə deyil.

İfaçının Qay Riçi ilə nikahından dünyaya gələn oğlu Rokko Madonnanın çılpaq çəkildiyi şəkillərdən çox utandığını və onları ümumiyyətlə görmək istəmədiyini deyib.

Müğənninin qızı Lurdes isə bunun tam əksini söyləyib.

"Lola anasının onun libaslarını geyinməsindən və olduğundan daha cavan görünməyə çalışmasından çox məmnundur. Lurdes anasının bu hərəkətlərini feminizmin qələbəsi olaraq qəbul edir” – deyə ailə yaxınlarından biri bildirib.

Həmçinin, Lurdesin anasının yalnız ona deyil, bütün kollec tələbələrinə təsir etməsini arzuladığı da məlum olub. Lola Madonnanı kollecdə "pop mədəniyyətdə qadının rolu” mövzusunda leksiya demək üçün razı salmağa çalışır:

"Lola tez-tez Rokkoya sakitləşməyi və anasının işlərinə qarışmamağı məsləhət görür”.

Qeyd edək ki, Madonnanın davranışları onun yaxşı ana olmasını şübhə altına alır. Belə ki, bu yaxınlarda müğənninin narkotikin bütün növlərindən istifadə etdiyi açıqlaması gündəmi zəbt edib.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 532
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri