Azəri Günel nişanlısı ilə barışdı!

Müəllif: Ayşə_gül
Şərhlər: 8
Baxılıb: 4 093
Səs ver:
(səs: 0)
Azəri qızı Günel təxminən bir ay əvvəl nişanlısı İnanc Başəyməzdən ayrılması xəbəri ilə gündəmi zəbt etmişdi. Hər kəsin toy tarixinin açıqlanmasını gözlədiyi bir ərəfədə müğənni sevənlərini pərişan etdi
 
Amma deyəsən, hər şey biz düşündüyümüz qədər pis deyil. Ayrılma səbəbləri barədə bu günə qədər susan Günel yenidən İnanc bəylə bir yerdədir.

Bunu sübut edən fakt isə, "Kobra Pərviz" ləqəbi ilə tanınan 4-qat dünya çempionu, azərbaycanlı kikboksçu Pərviz Abdullayevin bir neçə gün öncə sosial şəbəkədə paylaşdığı fotoda Günel və eks-nişanlısının yanaşı əyləşməsidir. Fotodan görünür ki, Günelin qardaşı, müğənni Tunar da onlarla bir yerdədir.

Kifayət qədər mehriban görünən Günel və İnanc, deyəsən, yenidən birlikdədirlər. Bu xəbər bizim kimi, onu sevən hər kəsi yalnız sevindirə bilər.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 093
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri