WhatsAppın Mavi xəbərdarlığından belə qurtulun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 936
Səs ver:
(səs: 1)
"WhatsApp”da mavi işarə təhlükəsindən necə xilas olaq?

"WhatsApp”ın mesajların oxunduğunu bildirməklə bağlı yeni funksiyası proqramın istifadəçilərinin çoxunu pis vəziyyətdə salıb.

Dünəndən bir çox "WhatsApp” istifadəçisi bu funksiyadan narahat olub. Çünki daha əvvəl yazılan mesajı oxuyub cavab yazmasalar da, qarşı tərəf bunu bilmədiyindən heç bir problem yaşanmırdı,  ancaq indi mesajı oxuyub cavab yazmamaq nəticəsində nələr olacağını bir düşünün...

Əlbəttə, "WhatsApp”ın bu yeni xüsusiyyətindən xilas olma şansınız da var. Necə?

Bunun üçün həm "Android” həm də İOS  proqramlı "iPhone”larınızı "Təyyarə” rejiminə (Airplane, Uçak Mode) salaraq, və ya interneti tamamən kəsərək həmin mesajı oxuya bilərsiniz. Daha sonra isə mesajı silərək rejimi  dəyişdirin. Yəni internet olmadan mesajınızı sildiyiniz üçün "WhatsApp” bunu anlamayacaq və qarşı tərəf də "mavi işarə”ni görməyəcək.

Bundan başqa "WhatsApp”a girəndə yazılan mesajı açmasanız, qarşı tərəf "mavi işarə”ni görməyəcək.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 936
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri