“Mənim “əlvida”mdan oğlum doğuldu”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 950
Səs ver:
(səs: 1)
Müğənni Röya Ayxanın üçgünlük solo konsertinin dünən yekunu olub.

Bu konsert ifaçının etirafları ilə yadda qalıb. Konsert zamanı oğlu Hüseyn də sənətçiyə sürpriz edib. Röya mahnı oxuyarkən musiqiçilər gözlənilmədən ərəb mahnısı səsləndiriblər. Hüseyn qaça-qaça səhnəyə çıxaraq əməkdar artist Murad Dadaşovu təbrik etmək istəyib. Lakin həyəcanlandığından səhvən anasına "Ad günün mübarək” deyib. Daha sonra səhvini düzəldərək kirvəsini təbrik edib və onu çox istədiyini bildirib.
İfa etdiyi mahnının sözlərindən təsirlənən Röya "Həyatda hər kəsin bir "əlvida"sı var. Mənim də "əlvida"mdan oğlum dünyaya gəlib", - deyə qeyd edib.

Konsert boyu müğənni bir neçə dəfə sevdiyi insanın olduğunu vurğulayıb. O, ucaboy, zəhmli kişilərin həmişə onun diqqətini çəkdiyini söyləyib:
"Yenə sevirəm. Üz vurmayın, bu dəfə doğrudan sevirəm".
Çoxlu tamaşaçı alqışı ilə yanaşı, gül dəstələrinə də qərq olunan müğənniyə qiymətli zinət əşyası təqdim edilib. Hədiyyədən təəccüblənən Röya "Bunun əvəzini ödəmək üçün gərək 8 il işləyim" deyib.

Konsertdə professor-bəstəkar Siyavuş Kərimi, xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artistlər İlqar Muradov, Abbas Bağırov, müğənnilər Zamiq Hüseynov, Xəyyam Nisanov, teleaparıcı-müğənni Murad Arif, bəstəkar Nailə Mirməmmədli iştirak ediblər.
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 3 950
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri