Bakıda 23 yaşlı ərli qadını şantaj edib zorladılar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 43 491
Səs ver:
(səs: 5)
"Mənə dedi ki, həyat yoldaşına söyləyəcəm ki...”

Bakıda seksual xarakterli zorakılığa məruz qalmış 23 yaşlı qadın polisə müraciət edib. 1991-ci il təvəllüdlü Kübra Mehbalıyeva (ad və soyad şərtidir) tanışı tərəfindən şantaj edilir.

Hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 8-ci polis bölməsinə müraciət edən tanışı tərəfindən şantaj olunur. Qadın qeyd edib ki, 40-45 yaşı olan tanışı Fəhmin adlı şəxs onu hədələyərək bildirib ki, həyat yoldaşına onun əxlaqsızlıqla məşğul olmasını deyəcək.

Həmin şəxs K.Mehbalıyevanı Buxta küçəsində kirayədə yaşadığı mənzilə dəvət edib və onu yuxarıda qeyd edilən məzmunda hədələyərək cinsi əlaqəyə təhrik edib.

Qadın əlavə edib ki, Fəhmin adlı şəxslə əvvəlcədən tanışlığı olub və həmin şəxs onun özəl həyatına bələddir. 23 yaşlı qadın polisdən xahiş edib ki, onu Fəhminin şantajlarından qorusunlar.

Müraciət əsasında araşdırmalar davam etdirilir.
(səs: 5)
Şərhlər: 11
Baxılıb: 43 491
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri