İlhamə Quliyeva ilə Faiq barışdı - fotolar

Müəllif: Ayşə_gül
Şərhlər:
Baxılıb: 1445
Paylaş:
Səs ver:
(səs: 0)
Xalq artisti İlhamə Quliyeva küsülü olduğu mətbuat katibi Faiq Ələkbərli ilə barışıb.

Bu barədə F.Ələkbərli xəbər verib.

O, bildirib ki, hər zaman İ.Quliyeva ilə ana-bala münasibətində olub:

"Hətta illərlə dostluq edən insanlar arasında belə umu-küsü, anlaşılmazlıq olur. Bu normaldır. Mən 10 ildən artıqdır ki, Şöhrət və Şərəf ordenli İlhamə xanımın yanındayam, mətbuat katibi kimi bu sənətkarla çiyin-çiyinə çalışmışam. Aramızda ana-bala münasibəti olub. Bəzi bədxah insanlar anlaya bilmir ki, İlhamə xanım məni və onun sənətini sevənləri heç vaxt pis niyyətli adamların ayağına verməyəcək. Bunu qəbul edin nəhayət!!! Dekabrın 21-də Xalq artisti, böyük sənətkar Tükəzban İsmayılovanın doğum günü idi. İlhamə xanım hər il olduğu kimi bu dəfə də yaxınlarını ətrafına toplayıb onun anım gününü qeyd etdi. Mən və opera ifaçısı Ülvi Qılınc həmin məclisdə iştirak etdik. Bir daha qeyd edirəm, İlhamə xanımla bizim aramızda söz-söhbət olmayıb və olmayacaq da... Əminəm ki, bu açıqlamanı bəzi saytlar sizdən götürməyəcək. Çünki burada uğur və barışıq var, dava-dalaş, söz-söhbət, qalmaqal yoxdur. Barışığı həzm edə bilməyənlər heç vaxt bu yazını, açıqlamanı paylaşmayacaqlar! Bunun üçün təmiz ürək və xoş niyyət lazımdır. O da hamıda yoxdur və ola bilməz! Təəssüf”.

 

 


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1445
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv