Günel Hümbətova: “Nişanlım məni atacaq” - Fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 6 599
Səs ver:
(səs: 2)
Cazibədar aparıcı Günel Hümbbətova axır vaxtlar çox dəyişdiyini, hətta əvvəlki Güneldən ümumiyətlə, əsər-əlamət qalmadığını bildirib. Qadinlar.Biz xəbər verir ki, aparıcı  həyatında baş verənləri qısa və romantik şəkildə "facebook" statusunda yazib. Statusunu olduğu kimi təqdim edirik:

"Son 4-5 aydır təbiiliyə ifrat dərəcədə önəm verirəm. Demək olar ki, makiyajdan da istifadə etmirəm. Saçlarımı sadəcə yuyub daramaqla kifayətlənirəm. Yeri gəlmişkən, saçlarımın rəngi də artıq öz təbii rəngini alıb. Nəhayət ki, uzandılar. Saçlarım ağarmayana kimi boyadan istifadə etməməyi düşünürəm.

Çəkim də bir qədər artıb. Əvvəllər isə bir balaca köklən kimi yeməyimə diqqət edirdim, idmanla məşğul olurdum. Bir sözlə vaxtımın çoxunu özümə həsr edirdim. İdni isə əksinədir.  Yəqin depressiyada olduğumu düşünəcəksiniz. Amma belə deyil. Tam tərsinə hər zamankından daha xoşbəxtəm.

Özümə qarşı niyə belə passiv olduğumu və beynimdəki sual işarələrinə elə özüm cavab tapdım. Axı deyirlər ki, həyatlarında durğunluq olan qadınların özlərinə daha çox baxırlar, sevildiklərini hiss edən qadınlarda isə arxayınlaşma gedir. Belə bir məsəl də var ki, "Qadın saçlarının rəngini qəfildən dəyişirsə, deməli, depressiyadadır”.

Beynimdən keçənləri sizinlə bölüşmək istədim… Amma daha belə olmaz. Belə davam etsəm, nişanlım məni atacaq. Sabahdan gözəllik salonunda növbə tutsam, yaxşıdır!”


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 11
Baxılıb: 6 599
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri