“Ailəmdən utanıram...” - Röyanın qardaşı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 248
Səs ver:
(səs: 1)
Müğənni Röya Ayxanın qardaşı İsmayıl Nəcəfov bacısı ilə eyni səhnəni paylaşmağın təəssüratlarını bölüşüb.

"Onlar”a açıqlama verən İsmayıl çox həyəcanlı olduğunu deyib:
"Konsertdə həyəcanlı idim. İlk dəfə böyük səhnədə - Heydər Əliyev Sarayında çıxış edirdim. Hazırda təhsil alıram. Mənim üçün öncə odur. Bitsin, sonra qərar verəcəm: bir tərəfdə musiqi, digər tərəfdə isə başqa işim olacaq. Mən ailəmdən utanıram, çəkinirəm, heç onların yanında mahnı oxumamışam. Oxuyanda Röya yanıma gəldi, həyəcandan özümü itirdim”.
Qardaşından danışan R.Ayxan onunla bağlı bunları deyib:
"Sual verirlər ki, İsmayıl mənim doğma qardaşımdır? Doqquz yaşımda valideynlərim boşandılar, on yaşımda yenidən barışdılar və bu doğuldu. Hər zaman onun arxasında oldum. Hansı işin sahibi olsa da, arxasındayam. Amma müğənni olmasını istəmirəm. Biznes qursun”.
Qeyd edək ki, Röya dekabrın 19-20-21-də Heydər Əliyev Sarayında baş tutan konsertində səhnəni qardaşı ilə bölüşmüşdü.


(səs: 1)
Şərhlər: 10
Baxılıb: 4 248
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri