Zaur televiziyaya qayıdır

Müəllif: Ayşə_gül
Şərhlər: 6
Baxılıb: 1 987
Səs ver:
(səs: 0)
Bir müddətdir televiziyadan kənar düşən aparıcı Zaur Nəbioğludan xəbər var.

Aparıcı 2015-ci ildə yeni layihə hazırlayacağını bildirib:

"Bu il yaddaşımda həm xoş, həm də pis anlarla qaldı. Uğurlu çəkilişlər etdikdən sonra fəaliyyətimə bir az ara verdim. Ən əsası isə dayı oldum. 2015-ci ildən yalnız xoş günlər gözləyirəm. Çox fərqli və böyük formatlı layihə ilə televiziyaya qayıdacağam. Yaxın günlərdə həmin verilişin anonsu yayımlanacaq. Bu işin gerçəkləşməsində mənə güvənən, dəstək olan hər kəsə təşəkkürümü bildirirəm".

Zaur  son vaxtlar sosial şəbəkədə paylaşdığı şeirlərdən də danışıb:

"Bu şeirləri özüm yazıram. 90 faizi sevgidən bəhs edir. Kimə həsr etdiyim isə hələ ki, sual altındadır. O sualın cavabını tam olaraq özüm də bilmirəm".

Qeyd edək ki, Z.Nəbioğlu Yeni ili iş başında qarşılayacaq. O, türkiyəli müğənnilər Gökçə və Gülşənin Şamaxıda verəcəkləri konsertin aparıcılığını edəcək.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 987
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri