2014-cü il tarixdə hansı hadisələrlə qaldı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 169
Səs ver:
(səs: 1)
2015-ci ildə nələrin gözlədiyini bilməsək də, 2014-cü ilin son günlərində bu ildə nələrə şahid olduğumuzu, dünyada nələrin baş verdiyini qısaca xatırlamaq maraqlı olardı.

Dünya çempionatı

Dörd ildən bir keçirilən Dünya Çempionatı bu ilə təsadüf etdi. Braziliyada təşkil olunan çempionat maraqlı hadisələrlə yadda qaldı. Çempionatın qalibi isə finalda Argentinanı bir qolla məğlub edən Almaniya oldu. Çempionatın unudulmayan hadisələrindən biri isə yarımfinal oyununda Almaniyanın Braziliyaya 7 qol vurması idi.

İsrailin Qəzzanı vurması

Bu il iyul ayının 7-də başlayaraq atəşkəsə qədər 51 gün davam edən hərbi əməliyyatlar zamanı İsrail ordusu Qəzzada 2.142 nəfəri öldürdü. 11.100 nəfər isə yaralandı. Mütəxəssislərin rəyinə görə, Qəzzanın yenidən inşası ən azı 20 ildən çox vaxt aparacaq.

Kiyevdə Maydan işğal edildi

Hadisələrdən öncə Ukraynanın prezidenti olan Yanukoviçin Avropa Birliyi ilə Ukrayna arasındakı 'Tərəfdaşlıq sazişi'nin imzalamamasından sonra ölkədə minlərlə insan etiraz məqsədilə küçələrə çıxdı. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında dəfələrlə şiddətli qarşıdurmalar yaşandı. Fevral ayının 20-də isə qarşıdurmalar zamanı 100-dən çox adam həyatını itirdi.

Robin Villiams intihar etdi

'Jumanji', 'Ölü Ozanlar Dərnəyi' və 'Günaydın Vyetnam' filmlərilə sevdiyimiz aktyor Robin Villiams bu ilin 12 avqust tarixində Kaliforniyadakı evində həyata gözlərini yumdu. Aparılan araşdırmalardan sonra aktyorun intihar etdiyi açıqlandı.

Ebola epidemiyası

İlk dəfə Afrikada bir ailənin 2 yaşlı qızında tapılan və bununla da ailənin bir çox üzvünün ölümünə səbəb olan bu virus indi də can almağa davam edir. Dünya Sağlamlıq Təşkilatının son açıqlamasına görə, dünyada Eboladan 6 min 300 adam həyatını itirib. Amerikanın 'Taym' ('Time') jurnalı tarixin ən böyük epidemiyası ilə mübarizə aparan həkim və tibb bacılarını 'İlin adamı' olaraq seçib.

Krımın Rusiyaya birləşdirilməsi

Ukraynada baş verən iğtişaşların ardınca Krım parlamenti bir qərar qəbul etdi. 16 mart tarixində reallaşdırılan referendumun nəticəsi olaraq müstəqilliyini elan edən Krım Rusiya Federasiyasına qatılmaq üçün müraciət etdi. Ardından Rusiya dövlət başçısı Vladimir Putin Krım və Sivastopolu rəsmən Rusiyaya bağlayan qanun imzaladı.

Messi sindromu davam edir

Bu il 'Barselona'nın argentinalı ulduzu Lionel Messi bir klub forması ilə Çempionlar Liqasında ən çox qol vuran oyunçu oldu. Həmçinin, Çempionlar Liqasında 90 matçda 71 qol vuraraq 'Real Madrid' klubunun ulduz oyunçusu Raulu geridə qoyaraq Çempionlar Liqası tarixinin ən məhsuldar oyunçusu oldu. 'Barselona'nın 'Sevilla'nı 5:1 hesabı ilə məğlub etdiyi matçda imza atdığı het-triklə isə La Liga tarixinin ən çox qol vuran oyunçusu oldu.

Qabriel Qarsia Markes həyata vida etdi

Dünyanın ən böyük romançılarından olan, 1982-ci ildə Nobel mükafatına layiq görülən, ədəbiyyatda 'cadulu realizm' axınının nümayəndələrindən və 'Yüz ilin tənhalığı' adlı romanı 25-dən çox dilə tərcümə edilən Qabriel Qarsia Markes 17 aprel günü Meksikadakı evində həyatını itirdi.

İŞİD terror quruplaşması

Bu günə qədər görülməmiş vəhşiliklər törədən İŞİD terror təşkilatı bu il törətdiyi qırğınlarla ilə damğasını vurdu. ABŞ kəşfiyyatının açıqlamasına görə, İŞİD gündəlik 3 milyon dollarlıq qazancla ən zəngin terror təşkilatıdır. İŞİD sayəsində 5 ayda 1.500 uşaq öldürülüb, 2 milyon insan evsiz qalıb. Minlərlə insanın başını kəsən İŞİD-çilər əlində hazırda ən azı 2.500 yezidi qadının olduğu təxmin edilir.

'Bir vedrə buzlu su' kampaniyası

Amyotrofik Lateral Skleroz (ALS) xəstəliyinə diqqət çəkmək üçün başladılan buzlu su kampaniyası bu ilə damğasını vuran hadisələrdən oldu. Kampaniya nəticəsində başına buzlu su tökməyən məşhur qalmadı. Amerikada bu kampaniya çərçivəsində 30 milyon dollar toplandı.

İtkin düşən Malayziya təyyarəsi

Bu ilin 8 mart tarixində 239 sərnişini olan Malayziya təyyarəsi itkin düşdü. Belə təxmin edilir ki, təyyarə Hind okeanının cənubuna düşüb. Lakin indiyə qədər təyyarənin harasa düşdüyünü sübut edəcək hər hansı bir tapıntıya rast gəlinməyib. İtkin Malayziya təyyarəsinin axtarış işləri tarixin ən mürəkkəb axtarışı hesab olunur.

Tarixin ən böyük dəniz qəzası

16 aprel tarixində Cənubi Koreyada meydana gələn bərə faciəsində 300-dən çox adam həyatını itirdi. Hadisədən sonra kapitan həbs olunarkən faciədən sağ çıxan yeganə şəxs, müəllim intihar etdi. Qəzanın ardından Cənubi Koreya baş naziri Çunq Honq Von istefa verdi.

'Dünyanın ən təsirli adı'

'Forbes' jurnalının hazırladığı 'dünyanın ən təsirli adları' siyahısında Putin Obamanı geridə qoyaraq birinci oldu. Rus lider keçən il də eyni siyahıda birinci olmuşdu.

Ukraynada vurulan Malaziya təyyarəsi

Bu ilin ən dəhşətli faciələrindən biri də Malayziya Hava Yollarına aid sərnişin təyyarəsinin Ukrayna-Rusiya sərhədində vurulması oldu. Təyyarə personalı ilə birlikdə içində 298 adamın olduğu 'Boinq-777' təyyarəsi Donbas səmasında vuruldu. Qəzadan bir dəfər də olsa sağ çıxmadı.

Boko-Haram təşkilatı 300-dən çox qız qaçırdı

Boko-Haram 14 aprel gecəsi Borno əyalətinə bağlı 60 min əhalisi olan Cibo qəsəbəsində 336 qız şagirdi qaçırdı
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 2 169
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri